Dünya ölkələrindəki qeyri-adi qadağalar
Bizi izləyin

Bilgi.az

Dünya ölkələrindəki qeyri-adi qadağalar

Dünyanın müxtəlif ölkələrinin özünəməxsus qadağaları var. Bu qeyri-adi qadağaları sizə təqdim edirik.


1. Sinqapur

Sinqapurda həmişə təmiz və səliqəli küçələr mövcuddur. Eyni zamanda bu ölkə cərimə məbləğləri ilə də insanları heyran edir. Məsələn siz özünüzdən sonra ayaqyolunda suyu buraxmadığınız üçün 500 dollar cərimə ödəməli olacaqsınız. Eyni zamanda ölkə qanunvericiliyində ölkəyə saqqız gətirmək və istifadə etmək qadağandır. Buna görə, siz 400 dollarınızı itirə bilərsiniz.

2. İspaniya

Burada isə siz çimərlik hamamından düzgün istifadə etmədiyinizə görə, cərimə ödəyə bilərsiniz. Belə ki, əgər siz çimərlik hamamında məişət və ya meyvə yusanız bilin ki, pul qabınızdan 750 evro cərimə verməli olacaqsınız. Bundan başqa İspaniya hökuməti dəniz sahillərində musiqi ifa edən şəxslərə qarşı 400 avro cərimə edilməsi ilə bağlı qanun qəbul edib.

3. İrlandiya

Burada isə qəribə cəza tədbiri var. Belə ki, qadın 29 fevralda onunla birgə olan sevgilisinə evlənmə təklifi edə bilər. Əgər qarşı tərəf təklifi qəbul etməsə onu cərimə gözləyir. Bu qanun hələ İrlandiyada 11 əsrdən qüvvədədir.

4. Tailand

Bu ölkədə nə böyük cərimə pulun üzərinə çıxan və ya bilərəkdən onu tapdalayana tətbiq edilir. Çünki, pulların üzərinə kralın şəkilləri var.

5. İtaliya

Dünya mədəniyyətinin mərkəzi ölkələrindən biri hesab edilən İtaliyada qəribə qadağalar mövcuddur. Sahillərdə balıqqulağı yığanlara 25-250 avro arası cərimə olunur. Eboli şəhərində isə avtomobildə öpüşmək rəsmi şəkildə qadağandır. Buna görə, 500 avronuzdan keçməli olacaqsınız. İstirahət şəhəri olan Fort-dei-Marmidə nahardan sonra istirahət zamanı qazonkəsən aparatını işlətmək qadağandır. bundan başqa İtaliya original malın keyfiyyətsiz formasını əldə etmək istəyənləri ən yüksək cərimə gözləyir. Bu rəqəm 10 000 evro dan başlayır.

6. Böyük Britaniya

Bu ölkədə səki ilə velosiped sürmək qadağandır. Əgər bu hal baş verərsə sizə 100 civarında cərimə yazılacaq. bundan başqa əgər sürücü bir yerdə 3 dəqiqədən artıq dayanarsa o mütləq mühərriki söndürməlidir. Bunun üçün 300 evro cərimə nəzərdə tutulur.

7. ABŞ

Hər bir ştatın özünəməxsus qadağaları var. Məsələn Corcia ştatında baldrıdan üç santimetr aşağı olan ətək və ya şalvar geyinmək qadağındır. buna görə, 25 dollar cərimə nəzərdə tutulur. Minnisota ştatında isə avtomobilində çirkli təkərlərin varsa mütləq 2000 dollar cərimə ödəməli olacaqsan.(modern.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm