• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Yeraltı krallıq”ın sakinləri - FOTOLAR

  • Maraqlı
  • 20 May 2014 13:35
  • 1 492 Baxış
“Yeraltı krallıq”ın  sakinləri  -  FOTOLAR

Rumıniya paytaxtı Buxarest “üstü bəzək, altı təzək” tipli şəhərlərdən hesab oluna bilər. Barokko üslublu saray və bulvarların arxasında, turistlərin də görə bilməyəcəyi kasıblıqdan, yeraltı dünyadan, səfalətdən ibarət həyat durur.

Şəhərin istilik sistemini təmin edən tunellərdən bir qrup insan yaşayış yeri kimi istifadə edir. Sakinlərin əksəriyyəti HİV virusundan və vərəmdən əziyyət çəkir. Buranın sakinləri “yeraltı krallıq” yaradıb- hər gün qaranlıq, isti və nəm torpaq atlına daxil olur , bir də günəş çıxanda yer altından çıxır. Bir çoxları artıq bu “yeraltı krallıq”-da dünyaya gəlib. Bəs bu insanları yer altında yaşamağa nə vadar edir?

Rumıniyada Çauşesku rejimi çökərkən yetimxanadan olan minlərlə uşaq dövlət himayəsindən məhrum oldu. Uşaqların bəziləri Buxarest şəhərinin altından keçən tunellərdə məskən saldı. Özünü “Bryus Li” kimi qələmə verən “yeraltı krallıq”ın lideri yetim uşaqları ətrafına yığmaqla onlara sığınacaq və qida verdi. Şəhərin tunelində bir ailə kimi yaşayan sakinlərin əksəriyyəti QİÇS xəstəsidir.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR