Portağalın faydalarını bilirsinizmi? - MEYVƏLƏRİN SİRRİ
Bizi izləyin

Bilgi.az

Portağalın faydalarını bilirsinizmi? - MEYVƏLƏRİN SİRRİ

Çox yediyimiz meyvələrdən biri də portağaldır. Çoxumuz portağalı yediyimiz halda onun tarixi haqqında, faydaları haqqında xəbərdar deyilik. Heç bilirsinizmi ki, yediyimiz bu meyvənin tərkibində bizim bədənimizə lazım olan nə qədər vitaminlər var? Çoxları,

Çox yediyimiz meyvələrdən biri də portağaldır. Çoxumuz portağalı yediyimiz halda onun tarixi haqqında, faydaları haqqında xəbərdar deyilik. Heç bilirsinizmi ki, yediyimiz bu meyvənin tərkibində bizim bədənimizə lazım olan nə qədər vitaminlər var? Çoxları, əsasən də xanımlar portağalın suyundan arıqlamaq üçün istifadə edirlər. Amma təkcə səhər boş mədəyə içdikdə arıqladır. Bəzi insanlarda bu meyvəyə qarşı allergiya var. Allergiyası olan insanlara məsləhət görülmür.

İlk olaraq e.ə. 2500-ci ildə Çində yetişdirilən portağalın tarixi olduqca qədim tarixə söykənir. 1-ci əsrdə romalılar tərəfindən Hindistandan gətirilən portağal Romaya aparılır.

Xristofor Kolumb 1493-cü ildə Kanar adaları və Atlantik okeanı ətrafındakı yerlərə portağalın toxumlarını gətirir. 1518-ci ildə Panama, Meksika və Braziliyada portağal yetişməyə başlayır. Dünya üzrə portağal şokolad və vanildən sonra ən sevilən üçüncü ləzzətdir.

Daimi olaraq portağal yemək böyrək xəstəliklərininin qarşısını alır və böyrək daşı riskini azaldır.

Yaponiyada aparılan araşdırmalara görə, naringi və portağal yemək qaraciyərlə bağlı xəstəliklərə qarşı mübarizəni gücləndirir. Bunun karotenoid və A vitamini ilə əlaqədar olduğu düşünürlər. Portağal lifli bir meyvə olduğundan xolesterolu salmağa kömək edir.

Kalium baxımından zəngin olan portağal ürək funksiyalarını tənzimləmədə faydalı xüsusiyytlərə malikdir. Kalium səviyyəsi çox aşağı olanlarda aritmiya deyilən anormal ürək ritmi inkişaf edə bilər. Portağal sərbəst radikalları neytrallaşdıraraq hüceyrələri qoruyan C vitamini baxımından da çox zəngindir. Portağalda olan polifenol bolluğu infeksiyalardan uzaq olmağa kömək edir. Qəbizliyə faydası çoxdur.

A vitamini və karotenoid göz sağlamlığını da qoruyur.

Portağal qan təzyiqinin tənzimlənməsinə kömək edir və tərkibində maqnezium var. Bu meyvə beta-karoten dolu sərbəst radikallara qarşı dərini qoruyur və qocalma əlamətlərinin qarşısını alır. Hüceyrənin məhv olmasını qoruyan güclü bir antioksidantdır. O, bədəni tarazlayan qələvi minerallarla zəngindir. Buna bənzər meyvə həm də limondur.

Bütün meyvələr kimi portağalda da sadə şəkər vardır, ancaq nisbəti aşağı olduğu üçün qan şəkəri və insulin probleminə səbəb olmaz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm