Azərbaycanın ən hündür kişisi – Video
Bizi izləyin

Bilgi.az

Azərbaycanın ən hündür kişisi – Video

Türkiyə mətbuatı Azərbaycanın ən uzun adamı haqqında sujet hazırlayıb.

"Qafqazinfo" Media Təqib Mərkəzinə istinadən xəbər verir ki, 2 metr 20 santimetr boyu olan Aqil Sadiqzadə Beyləqan rayonun yerli teatrında aktyor olaraq çalışır. 18 yaşında boyu 21 sm uzanan Aqil deyir ki, əvvəllər uzunluğunu özünə kompleks etməyib: "18 yaşına kimi də uzunboylu olmuşam. Boyum bir il ərzində 21 sm uzandı. Bundan sonra çətin günlər yaşadım. Amma müalicə aldım hər şey yaxşı oldu".

Aqil bildirir ki, yolda, parkda, alış-veriş, səyahət zamanı hamı ona baxır, boyu ona xeyli maneə törədir. Həkimlər isə ona fiziki işləri qadağan edib. Əks halda sümüklərinin əyilə biləcəyini deyiblər. Uzunboylu olmağın gətirdiyi problemlər bununla da bitmir. O deyir ki, başı qapıya dəyir, gecə yataqda narahat olur. İstədiyi ölçüdə ayaqqabı və şalvar tapa bilməməyi isə onu birazda narahat edir. Ona görə də bu əşyaları xüsusi tikdirir. Aqil Sadiqzadə evlənməyə hazırlaşdığını da qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm