Türkiyədə dəhşətli həbsxana tapıldı - FOTO
Bizi izləyin

Bilgi.az

Türkiyədə dəhşətli həbsxana tapıldı - FOTO

Türkiyənin Bursa vilayətində aparılan arxeoloji-qazma işlərində qədim zirzəmi aşkarlanıb. Arxeoloqların dediklərinə görə, zirzəmi həbsxana olub. Burada cəlladlar məhbuslara ağlasığmaz, dəhşətli işgəncələr veriblər.


Zirzəmi Bursadakı Zindankapı bölgəsində, Alacahırka səmtindədir.


Lal-kar cəlladlar edam cəzası almış məhbusun başını kəsəndən sonra isə onun kəlləsini çölə çıxarır, biçarənin ailə üzvlərinin və ya tanışlarının
qarşısına atırdılar.


Milli.Az Hürriyet Daily News-a istinadən bildirir ki, 2300 il yaşı olduğu güman edilən zirzəminin qədim Vifiniya çarlığı dönəmindəki həbsxana kimi istifadə olunduğu şübhə doğurmur.


13-cü əsrdə Nikey imperiyasının mərkəzi olmuş Vifiniya qədim dövlət, sonra Qədim Romanın əyaləti idi. Vifiniyanın ən böyük şəhərləri Nikomediya və Nike idi.


Eramızdan əvvəl 297-ci ildə formalaşmış Vifiniya eramızın 274-cü ilində darmadağın olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm