Göydən hücum gözlənilir,Yer təhlükədə – ŞOK FAKTLAR
Bizi izləyin

Bilgi.az

Göydən hücum gözlənilir,Yer təhlükədə – ŞOK FAKTLAR

İsgəndərin çəkdiyi hansı sədd bizi hələ də qoruyur? – ŞOK FAKTLAR

İsgəndərin çəkdiyi hansı sədd bizi hələ də qoruyur? – ŞOK FAKTLAR

İsgəndərin üçüncü səyahəti çox maraqlıdır. Ayəyə görə o, üçüncü səyahət zamanı bir qövmə rast gəlir. Bu qövm Yəcuc-Məcuc adlı tayfanın zülmündən əziyyət çəkir. Onlar Zülqərneyndən kömək istəyirlər. İsgəndər isə onlara kömək edir. Yəcuc-Məcuc tayfasının önünə bir sədd çəkir, Qiyamətə qədər bu səddi aşmaq olmaz.

Bəzi təfsirçilərin fikrinə görə, söhbət Çin səddindən gedir. Yəcuc-Məcuc tayfasını isə türk qövmü olduğunu iddia edirlər. Təbii ki, bu açıqlama başdan ayağa səhv və yanlışdır. Bunu faktlarla və ayələri bir az diqqətlə gözdən keçirməklə sübut etmək mümkündür.

Qısaca desək, klassik təfsirə görə, Zülqərneyn Şimalda (o vaxtkı təsəvvürə görə cənubda dənizlər olduğuna görə, dağlıq ərazi şimalda olmalı idi) iki dağ arasında bir qövmlə rastlaşır. Bu qövm ona zülm edən Yəcuc-Məcuc tayfası ilə aralarında bir sədd çəkilməyini xahiş edir. İsgəndər onların fiziki köməyindən istifadə edərək bu iki tayfa arasında sədd çəkir. O, dəmiri əridir, üzərinə misdən əlavə edir və bu səddi aşıb keçmək mümkün deyil. Qiyamətdə bu sədd yerlə bir olacaq, Yəcuc-Məcuc tayfası insanlara yenidən hücum edəcək. Buradan çıxan mənaya görə bu sədd hələ də var və Qiyamətdə dağılacaq.

Haradadır görəsən bu sədd? Bugün dünyada belə bir sədd yoxdur. Bir çoxları bunun Çin səddi olduğunu söyləsə də, Çin səddi nə dəmir və misdən hazırlanıb, nə də onu İsgəndər Zülqərneyn tikib. Çin səddi daşdandır və onu çinlilər tikib.

Bundan öncə də dediyimiz ki, sədd kəlməsi hərəkə ilə Quranda süd kimi də oxunur. Süd kimi oxunanda əl ilə tutmaq mümkün olmayan əngəl, sis, duman mənasını verir. Bu sədd kəliməsinə Quranın eyni zamanda Yasin ayəsində də rast gəlinir: “Biz onların önlərinə və arxalarına səd çəkdik”. İsgəndərin də səddi necə inşa etdiyinə baxaq: Ayəyə görə, dəmir blokların altını alovlandırdı. Onu atəş halına gətirənə qədər körükləyirlər. Sonra üzərinə qatran və ya mis əlavə edilir. Amma əsasən mis yox, qətran kəliməsi oxunur. Kimyaya görə, qızdırılmış dəmirin üzərinə qatran əlavə edəndə hidrogen qazı əmələ gəlir. Üzərinə oksigen qazı da üflənsə, metan qazı əmələ gəlir. Hidrogen və metan qazı havadan yüngül olduğu üçün hündürə qalxır. Atmosferin də ən üst qatında hidrogen və metan qazları var. Deməli, Zülqərneynin inşa etdiyi səd əslində qaz təbəqəsidir. Zatən, ayəyə görə, İsgəndər rast gəldiyi qövmə, sizə bir rədm inşa edəcəm demişdi. Rədm isə, qat-qat sədd deməkdir. Bir qat metan, bir qat hidrogen nəzərdə tutulub.

Yəcuc-Məcuc haqqında Qurani-Kərimin “Ənbiya” surəsində də məlumat verilir. Bundan başqa bir çox hədislərdə də Qiyamət əlamətlərindən biri kimi alçaq boylu Yəcuc-Məcuclar haqqında məlumatlar var.

Ərəb təfsirçiləri Yəcuc-Məcuc qövmünün türk olduğunu iddia ediblər. Təbii ki, kökündən yanlış və səhvdir. Çünki ən azından Türk millətinin İslam dinin yayılması üçün göstərdiyi xidmətləri, Türk qövmünün İslam dinini qoruması üçün göstərdiyi xidməti heç ərəb milləti də etməyib. Bəziləri Yəcuc-Məcuc qövmünün çinlilər olduğunu iddia etsə də, bu da yanlışdır.

Yəcuc-Məcuc barədə məlumat yəhudilərin müqəddəs Kitabı Tövratda da var. Amma Tövrata görə Yəcuc-Məcuc tayfası (yəhudilərin Kitabında bu tayfanın ad Qok-Maqok tayfası kimi adlandırılıb) Qiyamət günü yəhudilərə hücum edəcək.

Amma Qurani Kərimdəki ayənin təfsirlərinə görə, Yəcuc-Məcucun hansısa konkret bir millətə, qövmə hücum edəcəyi, təhülkə törədəcəyi barədə məlumat yoxdur. Anlaşılan odur ki, bu təhlükə bütün insanlara qarşı yönələcək.

Digər türk teoloqu Serhat Ahmet Tanın da fikrinə görə, Yəcuc-Məcuc tayfası başqa planetdədir. İsgəndər Zülqərneynin inşa etdiyi sədd bulud, sis və dumandan ibarətdir. Bu tayfa səddi keçə bilmir. Onun fikrinə görə, bu sədd Orion bürcü və Samanyolu qalaktikasındakı iki halqadır ki, bunu keçmək mümkün deyil. Amma Qiyamətdə Yəcuc-Məcuc səddi aşaraq, dünyaya, yəni Yer planetinə hücum edəcək və bəşəriyyət üçün böyük təhlükə törədəcək. Alimin fikrinə görə, Ənbiya surəsindəki ayəyə görə, “Yəcuc-Məcuc tayfası təpələrdən hücuma keçəcək” cümləsindəki təpə sözü kosmosu, yüksəkliyi, ucalığı simvolizə edir. Şübhəsiz, bu hücum kosmosdan baş verəcək.

Türenin fikrinə görə isə, konkret olaraq “haded” kəliməsi yarım dairəni ifadə edir. Qədim ərəbcədə, şiş, hündür və dəvə ürgücü mənasını verir. Burada isə konkret olaraq, hündür yarım dairə mənasında verilib. Onun bu açıqlaması Yəcuc-Məcucun uçan naməlum obyektlər vasitəsilə hücuma keçəcəyi mənasına da gəlir.

Ümumiyyətlə Yəcuc-Məcucun kimliyi barədə əsrlərdir alimlər müəyyən fikir yürüdürlər. Amma əsas bilinən budur ki, Qiyamətin 10 böyük əlamətindən biri məhz Yəcuc-Məcucdur. Tövratla yanaşı, İncildə də Qok-Maqoklardan söz edilir.

Məhəmməd Peyğəmbərin hədislərində Yəcuc-Məcucun İsa Peyğəmbərin ikinci zühurundan sonra məhv ediləcəyi, buna İsanın dualarının vəsilə olacağı bildirilir.

Ümumiyyətlə bu barədə fikirlər haçalanır, təfsirlər, alimlərin fikri, hədislər həddən artıq çoxdur. Biz bu məqalələrdə sadəcə bu təfsir və izahlardan bəzilərinə yer verdik. Təbii ki, fikrimizlə razılaşmayanlar olacaq. Bu təbiidir. Amma fikrimizcə, hər iki alimin izahı məntiqə və elmə uyğundur. Çünki ümumiyyətlə Kəhf surəsinə nəzər salsaq, surədəki ayələr Musa peyğəmbər və Həzrət Xızırın zaman içindəki səyahəti, Əshabu-Kəhf mağarası məsələsidir. Elə sonuncu da zaman içərisində səyahətə bənzəyir. Musanın gəzintisində gələcəkdən keçmişə, Əshabu-Kəhfdə də keçmişdən gələcəyə bir səyahət var. İsgəndər Zülqərneynlə bağlı ayələrdə də zaman içərisində səyahət var və hətta bəzi araşdırmacı-alimlər paralel dünyalardan da bəhs edir. Bizdən sadəcə araşıdırıb maraqlı saydıqlarımızı sizə çatdırmaqdır.

(Yazının əvvəli:http://publika.az/p/20485)

Hikmət Həsənov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm