• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Dünyanın ən şanslı- şanssız 10 insanı

  • Maraqlı
  • 27 May 2014 10:28
  • 1 204 Baxış
Dünyanın ən  şanslı- şanssız 10 insanı

Onlar başlarına gələn qəribə hadisələrə həm şanslı, həm də şanssız adam sayıla bilərlər. Yaşadıqları qeyri-adi hadisələr onları digər insanlardan fərqləndirsə də, onları nə ən şanslı, nə də ən şanssız qrupa aid etmək olar.

10) Cem Tokaç

32 yaşlı Cem Tokaç Türkiyənin Mersin şəhər limanında işləyirmiş. 2009-cu ildə fevral ayında limandan çıxan bir tir yük maşını qatarla toqquşur. Tokaç qatarın sürüklədiyi yük maşınının altında qalsa da sadəcə qolu qırılır.

9) Janna Rocers

Film kimi həyatı olan Janna 18 yaşında dostuyla bərabər qayıq gəzintisinə çıxıb. O şəkil çəkərkən suya yıxılıb və üstəlik ona kömək istəyən dostu qəfildən şüurunu itirib. Bir müddət sonra ağlı yerinə gələn dostu batmaq təhlükəsi ilə üzbəüz olan Rocersi qurtarıb.

İllər sonra isə Rocers küçədə gedərkən başına bir yarasa qonub və onu buraxmayıb. Bir müddət küçədə çığıra-çığıra gəzən Rocers nəhayət maşınına minib və yarasadan canını qurtarmaq üçün baytara gedib.

Onun digər şanssız təcrübələri arasında gülləllənmək, soyulmaq və çuxura düşmək var.

8) Ann Hoces

1954-cü il 30 oktyabrda evində yatan Hocesin başına tarixdə hələ baş verməmiş bir hadisə gəlib. Belə ki, onun evinin tavanını dələn meteroit daha sonra ayağına dəyib. Hoces tarixdə meteroit çarpan ilk insandır.

7) Violet Jessop

Jessop 1911-ci ildə “Olimpik” gəmisində çalışırdı. Həmin il “Olimpik” ingilis donanmasına aid bir savaş gəmisi ilə toqquşub. Bu qəzadan sonra Jessop qorxdu və guya batma riski daha az olan “Titanik”də işləməyə başlayıb. “Titanik” batanda isə Jessop sağ qalan adamlardan biri idi. 1916-cı ildə isə “Britannik” gəmisinə keçib, lakin bu gəmi də sualtı minaya dəyərək partlayıb. Bununla belə, Jessop yenə sağ qalıb. 1971-ci ildə ürək çatışmazlığından ölüb.

6) Roy Sallivan

Statistikaya görə, bir nəfəri ildırım vurma ehtimalı mində üçdür. Bir nəfəri 7 dəfə ildırım vurma ehtimalı isə 22000000000000000000000000-da birdir. Sallivan bu hadisəni düz 7 dəfə yaşayıb. O, 1942-ci ildə ilk dəfə ildırımla tanış olub. Bu hadisədən sonra dağdan aşağı maşınla enərkən, balıq tutarkən və evdə dincələrkən onu ildırım vurub. Bir dəfə isə arvadına paltar asmaqdan kömək edərkən ildırım hər ikisini vurub. Altıncı dəfədən sonra o buludların onu izlədiyini deyirmiş. Sallivan 71 yaşında intihar edib.

5) Ceyson və Cenni Lourens

Bir neçə dəfə terrorçuların hücumuna məruz qalıblar. 11 sentyabr hadisələrində cütlük Dünya Ticarət Mərkəzində olsalar da, sağ qurtulublar. Dörd il sonra, 2005-ci ildə Londona tətilə gedən Lourenslər metroda partladılan ərazilərdən birində olublar. Üç il sonra isə Hindistana tətilə gediblər və Mumbayda ölkə tarixinin ən böyük terror aktına düşərək sağ qurtulublar.

4) Robert Todd Linkoln

Onun tanış olduğu bütün ABŞ prezidentləri öldürülüb. Məşhur prezident Avram Linkolnun oğlu Robert Linkoln atası öləndə 21 yaşında idi. Siyasətə qoşulduqdan sonra prezident Ceyms Qarfield tərəfindən quru qoşunları komandiri təyin edildi. 4 ay sonra Qarfield onu Nyu Cersiyə gəzintiyə çağırdı və qatara minməmişdən az öncə prezident öldü.

20 il sonra Linkoln Nyu-Yorkda bənzər bir hadisə yaşadı. Bu səfər prezident Uilyam Mak-Kinli tərəfindən dəvət edilmişdi. Mak-Kinli kürsüdə danışarkən öldürüldü.

3) Alek Alder

İngiltərədə yaşayan Alder, demək olar ki, hər cür qəzaya düşüb. 1926-cı ildə onun üzərinə ağaç aşıb, üç il sonra velosiped sürərkən maşın vursa da, sürücünün həkim olması onu xilas edib.

1939-cu ildə II dünya müharibəsinə qatılıb, lakin yeni evləndiyindən ona 5 günlük icazə verilib. Adler geri qayıtdıqda onun bölüyü başqa yerə göndərildiyindən yeri dəyişdirilib, 6 həftə sonra isə keçmiş bölüyündəki hər kəs öldürülüb.

1942-ci ildə tankın altında qalıb, lakin torpağın palçıqlı olması səbəbiylə tank tırtılları onun bədəninin üstündən keçsə də ölməyib. Bir il sonra qaldığı evə döyüş təyyarəsi düşsə də, bundan da sağ qurtulub.

2) Freyn Selak

Xorvat musiqi müəllimi Selakın hekayəsi də Adlerinkinə bənzəyir. 1962-ci ildə içərisində olduğu qatar relsdən çıxaraq gölə düşüb, 17 nəfərin öldüyü qəzada Selakın sadəcə qolu çıxıb.

Bir il sonra mindiyi təyyarənin qapısının qəfil açılması nəticəsində Selak təyyarədən düşüb. Bir müddət sonra həmin təyyarə qəzaya uğrayıb, amma Selak ot tayasının üstünə düşmüşdü. 1966-cı ildə mindiyi avtobus gölə düşüb, amma 4 nəfər ölsə də, o sağ qurtulub. 1970-ci ildə sürdüyü avtomobil birdən-birə yanıb, Selak maşından özünü bayıra atandan az sonra avtomobil partlayıb. Eyni hadisə üç il sonra yenidən başına gəlib. 1996-cı ildə dağ yolunda maşını yoldan çıxıb, Selak özünü bayıra atandan az sonra maşın 400 metrlik uçuruma düşərək partlayıb.

2003-cü ildə 40 ildən sonra ilk dəfə lotereya bileti alıb və 1 milyon dollar udub.

1) Tsutomu Yamaquçi

İki atom bombasından sağ çıxan adam. 1945-ci ildə Yamaquçi Xirosimadan çıxmağına azca qalmış şəhərə atom bombası atılıb. O, sağ qalsa da, eşitməsin itirib və müalicə üçün şəhərdən çıxaraq Naqasakidəki evinə gedib. Evdə oturub hadisəni dostlarına danışanda ikinci bomba Naqasakiyə atılıb, amma o burdan da sağ qurtulub. 2010-cu ildə mədə xərçəngindən ölüb. (musavat.com)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR