99 yaşlı nənə kolleci başa vurdu – Sensasiya
Bizi izləyin

Bilgi.az

99 yaşlı nənə kolleci başa vurdu – Sensasiya

Amerikanın Men ştatının 99 yaşlı sakini, nəhayət ki, 75 ildən sonra təhsil aldığı kolleci başa vurub. Ağbirçək xanımın oxuduğu məktəbin diplomunu bu vaxtadək ala bilməməsinə səbəb onun 1939-cu ildə borclu olduğu beş dolları ödəməməsi olub.

Cessi Uayt təhsil haqqında sənədin təqdimat mərasimində iştirak edib. Banqore şəhərində yerləşən Bil kollecində baş tutan təqdimat törənində yaşlı şagirdə stenoqrafiya və hesabat bölümünü bitirdiyinə dairə diplom verilib.

Qeyd edək ki, Uayt iflic keçirib. Amma səhhətindəki bu problemə baxmayaraq, o, bir çox yerlərdə hesabdar işləyib. Diplom puluna gəlincə, onu qadının dostu həll edib. Rüsumu ödəmədiyini bilən şəxs həmin borcu qapadaraq rəfiqəsini məmnun etmək istəyib.

Uayt da bu sürprizdən çox məmnun qalıb. O, bildirib ki, təhsil haqqında sənəd almasına çox sevinib: “Heç zaman oxumaqdan vaz keçməyin. Təhsilə ara verdikdə siz qocalacaqsınız”. /Teleqraf.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm