İntiharların artma səbəbi
Bizi izləyin

Bilgi.az

İntiharların artma səbəbi

İyun ayının 1-dən etibarən Çin əhalisi dəfn olunmaq əvəzinə kremasiya ediləcək. Anhui əyalətinin səlahiyyətli orqanları bildiriblər ki, dəfn əraziləri azaldığından bundan sonra qəbiristanlıqlar əhalinin üzünə bağlı olacaq.

Xarici mətbuatdan verilən xəbərə görə, öldükdən sonra yandırılmağını istəməyən bir çox çinli iyun ayının birinə kimi intihar etməklə problemi həll etmək istəyir. Yeni qanun aprel ayının 1-də dərc edilib. Yerli mətbuatda artıq onlarla yaşlı insanın intihar etdiyi bildirilir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm