Dünyanın ən qəribə və mehriban üçlüyü (FOTO)
Bizi izləyin

Bilgi.az

Dünyanın ən qəribə və mehriban üçlüyü (FOTO)

Balu, Leo və Şirxan dünyada eyni qəfəsdə yaşayan üç müxtəlif heyvandan ibarət yeganə üçlükdür.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, 2001-ci ildə qara Amerika ayısı Balu, Afrika şiri Leo və Benqal pələngi Şirxan ABŞ polisi tərəfindən narkotiklərin axtarışı ilə bağlı keçirilən reyd zamanı Atlantadakı evlərdən birinin zirzəmisində aşkar edilib. Bir neçə ay ərzində hər üç bala qorxudulmuş, arıqlamış və daxili və xarici parazitlərlə yoluxdurulmuşdular.

Corciya ştatının Təbii resurslar departamenti onları heyvanlar üçün "Nuhun gəmisi" qeyri-kommersiya sığınacağına təhvil verir. Bu zaman onların hər birində bir çox xəstəlik var idi. Şirxan çəki azlığından və doyunca yeməməzlikdən əzab çəkirdi, amansızcasına kiçik yeşiyə yerləşdirilməsi nəticəsində Leonun burnunda açıq yara əmələ gəlmişdi.

Üç xilas edilmiş heyvanlar arasında ən pis vəziyyətdə olanı Balu idi. Boynunun dərisinə möhkəm pərçim olmuş qayışı heyvanın boğazından ayırmaq və yaranmış yaraları təmizləmək üçün cərrahi müdaxilə lazım gəlmişdi.

Üçlük birlikdə yeyir, yatır və oynayırlar. Hətta əgər onlardan hansı biri harasa getsə, bir-birilərini axtarmağa başlayırlar. Çox tez-tez onların başlarını bir-birilərinə sürtən və bir-birilərini yalayan vəziyyətdə görmək mümkündür. Görünür, həyatın ilk qorxunc ayları bu heyvanları bir-birinə bağlayıb və onlar həqiqətən ayrılmazdırlar. Onların hər üçü erkəkdirlər.

"Nuhun gəmisi" 100 müxtəlif növ 1500-dən artıq heyvanın evi olan qeyri-kommersiya təşkilatıdır. Təşkilat öz işini zorakılığın qurbanı olmuş, atılmış və unudulmuş, eləcə də müxtəlif səbəblərə görə təhvil verilən heyvanların xilas edilməsinə və daimi evlə təmin edilməsinə həsr edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm