Dünyanın ən kök adamının cəsədi problem yaratdı (FOTO)
Bizi izləyin

Bilgi.az

Dünyanın ən kök adamının cəsədi problem yaratdı (FOTO)

556 kq çəkisi ilə 2006-cı ildə Ginnesin Rekordlar kitabına "Dünyanın ən kök adamı" olaraq düşən Manuel Uribe çox çətinliklə dəfn edilib.


ANS PRESS-in məlumatına görə, meksikalı Urubeni dəfn etmək əziyyətlə başa gəlib. Onu qəbiristanlığa aparmaq üçün cənazəsi xüsusi hazırlanmış nəhəng yeşiyə qoyulub. Ona yaxın adam və qaldırıcı kranın köməyi ilə cəsəd yük maşınına yerləşdirib. Dəfn etmək üçün isə qazılan məzar, digərlərindən dəfələrlə böyük olub.

42 yaşlı Urib bir neçə həftə əvvəl ürək aritmiyası şikayəti ilə xəstəxanaya aparılıb. 6 il əvvəl Klaudia Solis adlı bir qadınla evlənən Uribin qaraciyər narahatlığı da var idi.


Urube 2007-ci ildə öz rekordunu təzələyərək 570 kq çəkiyə çatmışdı. Lakin son zamanlar 393 kiloqrama qədər arıqlayan "dünyanın ən ağır adamı" doğulduğu və yaşadığı Monterri şəhərində dünyasını dəyişib.










Oxumağa davam et
Reklam
Reklam

Gündəm