Dünyanın ən təhlükəli insanları
Bizi izləyin

Bilgi.az

Dünyanın ən təhlükəli insanları

Dünyanın ən təhlükəli insanları

İnsanoğlunun məntiqsiz impulsu hanibalizm saysız-hesabsız filmin və romanın süjet xətti olub.

Qurbanlarını vəhşicə öldürərək yeyən, dəri, sümük və orqanlarından kolleksiya yığan adamyeyənlər siyahısı sizi şoka salacaq.

Vince Veiguang Li/Kanada: Vince Veiguang Li 1968-ci il aprelin 30-da Çinin Dangong şəhərində doğulub.

11 iyun 2001-ci ildə Kanadaya köçüb və 7 noyabr 2006-cı ildə bu ölkənin vətəndaşı olub. 2008-ci ilin iyulunda eyni avtobusda səfər etdiyi Tim McLeana hücum edib. Dörd saat ərzində polis gələnə qədər qurbanının gözlərini çıxarıb, burnunu və qulaqlarını kəsən Linin ruhi xəstə olduğu təsbit edilib və xəstəxanaya göndərilib.

Ceyms Douglas/Şotlandiya: Zadəgan bir ailənin üzvü olub. Queesberri Dükü Ceyms Douglasın ikinci oğlu idi.

Özündən böyük qardaşı Şotlandiyanın xarici işlər naziri idi. 1697-ci ildə dünyaya gələn Douglasın vəhşi bir təbiətə sahib olduğu deyilir.

Ev dustağı olan Douglas 1707-ci ildə qaçıb və evdəki kişi kənizi bıçaqla doğrayıb. Daha sonra isə qurbanının ətini tavada bişirərək yeyib.

Tarrare/Fransa Tarrare: 1772-ci ildə doğulub. Doymaq bilməyən Tarrare nə tapsa yeyib.

Canlı kiçik heyvanları, hətta daşları belə yeyən Terrare Parisdə bir körpəni yemək və qanını içdiyinə görə mühakimə olunub. Lakin bu günahı təsdiqlənməyib. 1798-ci ildə isə Versaillesdə bir zibillikdə cəsədi tapılıb.

Leonarda Cianciulli/İtaliya: 1893-cü ildə Montellada doğulub. Hələ uşaq ikən bir neçə dəfə intihara cəhd edib.

Evləndikdən sonra üç uşağı doğulmadan ölüb. Sonra dünyaya gətirdiyi 10 uşağı da gənc yaşlarda ölüb. Qurbanlarının ətini yeyib, hətta qonaqlarına da xəbərləri olmadan ikram edib. 1970-ci ildə Romada həbsxanada ölüb.

Yarno Elg/Finlandiya: 1975-ci ildə Hivinkaada dünyaya gəlib. Uşaq ikən heyvanlara qarşı olan vəhşiliyi ilə tanınıb.

1998-ci ildə 23 yaşlı bir adamı öldürüb. Adamın ölü bədənindən kəsdiyi bəzi parçaları yeyib. Ömürlük həbs cəzasına məhkum edilib və hələ də içəridədir.

Jose Luis Calva/Meksika: 1969-cu ildə Mexico City-də doğulub. Uşaq vaxtı cinsi istismara məruz qalıb. 2007-ci ildə sevgilisini öldürdüyü üçün həbs olunub.

Enriqueta Marti/İspaniya: 1868-ci ildə Sant Feliu də Llobregatda doğulub.

Gənc yaşlarında Barselonaya gedib. Burada uşaqları fahişəliyə məcbur etməyə, qəbul etməyənləri isə öldürməyə başlayıb.

İspaniya tarixinin ən böyük qatili və hanibalı kimi tanınır. Onlarla uşağı öldürüb. Heç vaxt həbs olunmayıb. Haqqında iddia açılandan 3 ay sonra ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm