• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

Türk transseksual həbsxanada aclıq çəkir

  • Maraqlı
  • 29 May 2014 13:27
  • 953 Baxış
Türk transseksual həbsxanada aclıq çəkir

Türkiyədə həbsxanada saxlanılan transseksual məhbus aclıq elan edib. Məhkumun aclıq etməsinə səbəb həbsxanada tez-tez məruz qaldığı zorakılıq və işgəncə olub. Lakin buna baxmayaraq, onun şikayətləri diqqətsiz qalıb.

Hadisə Türkiyənin Samsun şəhərində baş verib. Özünü qadın kimi qələmə verən Aişə adlı transseksual 2013-cu ilin dekabr ayında zorlanma və işgəncəyə məruz qaldığını iddia edir. Zorlanmadan sonra Aişənin ailə üzvləri onu başqa bir həbsxanaya köçürülməsinə nail olub. Bu haqda cinayət işi qaldırılsa da, dəlil-sübut azlığından iş tezliklə bağlanıb.

Əsil adı Güvənər olan trasseksualın vəkili insan hüquqları üzrə parlament komissiyasına və digər hüquq mühafizə orqanlarına müraciət edib.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR