• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ən çox adam öldürən 10 qatil

  • Maraqlı
  • 30 May 2014 11:10
  • 944 Baxış
Ən çox adam öldürən 10 qatil

10) Ted Bundi

12 yaşındakı uşağın ölümündə günahkar bilinərək həbs olunan Bundi daha sonra işlədiyi 23 cinayəti etiraf edib. Polisin gümanına görə isə o 36 qızın ölümünə səbəb olmuşdu. 1989-cu il 24 yanvarda Florida həbsxanasında edam edilib.

9) Vou Bom Kon

Kon cinayət törətməmişdən qabaq işdən çıxarılmış bir polis idi. 1982-ci ildə sərxoş olub, əlindəki silah və partlayıcılarla sağa-sola atəş etməyə başlayıb. 57 nəfəri öldürdükdən sonra dinamitlə özünü patrtladıb.

8) Anders Breyvik

Norveçli ekstremist və terrorçu. 22 iyul 2011-ci ildə Norveçin paytaxtı Osloda bomba partlayışı və hakimiyyətdəki Əmək partiyasının Utoya adasında təşkil etdiyi gənclər düşərgəsinin iştirakçılarına qarşı həyata keçirdiyi silahlı hücum nəticəsində 77 nəfəri öldürməkdə və 97 nəfəri yaralamaqda ittiham edilir. Cinayətləri etiraf etsə də, özünü təqsirkar kimi qəbul etmir. Xristianlığın lüteran cərəyanına etiqad edir.

7) Bruno Ludke

Alman serial qatil. Həbs olunandan sonra 1928 və 1943-cü illər arasında 85 qadını öldürdüyünü etiraf etmişdi. II dünya müharibəsi zamanı tutulub, 1944-cü ildə Vyanadakı xəstəxanada iynə vurularaq öldürülüb Haqqında bir film çəkilib, kitab yazılıb.

6) Herman Vebster Mudget

Çikaqoda yaşamış Mudget 150-dən çox qadını aldadaraq öz malikanəsinə gətirib və burada onları işgəncəylə öldürüb. Məhkəmədə 27 cinayət törətməkdə ittiham olunan Mudget 1896-cı il 7 mayda edam edilib.

5) Gilles de Reys

Çox tanınmış və zəngin bi fransız əsilzadəsi olan de Reys orta əsrlərin ən dəhşətli qatillərindən biridir. O, 60-200 arası uşağı qaçırıb öldürməkdə günahlandırılmışdı. De Reys 1440-ci ildə Nantda boğularaq öldürülüb, cəsədi isə yandırılıb.

4) Uİlyam Estel Braun

Braun törətdiyi cinayətlə digər serial qatillərdən fərqlənir. O, 1937-ci ildə Texasda, Nyu Londonda bir orta məktəbin zirzəmisindəki qaz borusunu boşaldaraq 282 şagirdin və 24 müəllimin ölümünə səbəb olan partlayış yaradıb. Hadisəni onun törətdiyi bilinməyib - yalnız 1961-ci ildə özü etiraf edənə qədər.

3) Pedro Alonso Lopez

"Kolumbiya canavarı" və ya "And canavarı" ləqəbli Lopez 1980-ci ildə tutulana qədər Kolumbiya, Ekvador və Peruda 300-dən artıq gənc qızı öldürüb. Onu Peruda Ataçuço hinduları yaxalayıblar. Lopez onlardan bir qadını qaçıraraq Ekvadora aparıbmış. Qatil tutulduqdan sonra polisləri 53 qurbanının məzarına aparıb. 1998-ci ildə dəyişdiyi güman edilərək Ekvador hökuməti tərəfindən əfv edilib və Kolumbiyaya sürgün edilib. Lakin qurbanlarının yaxınları onun başına 250 min dollar mükafat təyin ediblər. Kolumbiyada təkrar həbs edilən qatilin ruhi xəstə olduğu əsas gətirilərək xəstəxanaya göndərilib və üç il orada qaldıqdan sonra sərbəst buraxılıb. Bundan sonra ondan heç bir xəbər alınmayıb.

2) Elizabet Batori

Macar və dünya tarixinin ən dəhşətli qatillərindən biri. Elizabet Batori Sejte şatosunda yaşayan bir zadəgan idi. O yoxsul ailələrdən olan qızları yaxşı maaşlı iş təklifi ilə şatosuna gətizdirir və sonra bu qızlardan heç birindən xəbər alınmırdı. Qurbanlarını uzun müddət döyür, işgəncə verir və onların ölümünü izləməkdən həzz alırdı. O, 1585 və 1610-cu illər arasında ən az 650 qadını işgəncədən keçirib öldürmüşdü. Törətdikləri əməllər ortaya çıxandan sonra elə şatosuna həbs edildi. O, yemək verilmək üçün yalnızca balaca bir dəliyi olan otağa salındı və üç il sonra aclıqdan öldü.

1) Bəhram Tuğ

Hindistandakı Tuğ məzhəbinin lideri. Ən çox ölü sayına malik qatil sayılır. Qurbanlarını bir mərasim düzəldərək sarı parça ilə boğaraq öldürən Bəhram 931 nəfərin qatilidir. 1840-cı ildə edam edilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR