Aparıcıya əsəbiləşən müxbir kadrdan çıxdı (VİDEO)
Bizi izləyin

Bilgi.az

Aparıcıya əsəbiləşən müxbir kadrdan çıxdı (VİDEO)

Türkiyənin xəbər kanalı NTV-nin efirində qəribə bir hadisə baş verib. ANS PRESS-in məlumatına görə, hadisə müxbirlərin Ağrı və Yalova vilayətlərindən canlı yayımla seçki nəticələrini bildirməsi zamanı baş verib.


NTV-nin studiya aparıcısı Ağrıdan seçki nəticələrini Gökhan Gerçek və Yalovadan Caner Tunanın verəcəyini elan etdikdən sonra ilk söz haqqını Ağrı müxbirinə verib. Buna əsəbləşən Yalova müxbiri Caner Tuna isə hiddətlə kadrı tərk edib.


Xatırladaq ki, ötən gün Türkiyədə, 30 martda nəticələri ləğv olunan bəzi bölglərdə təkrar bələdiyyə seçkisi keçirilib. Seçkinin keçirildiyi ən böyük inzibati rayonlar isə Ağrı və Yalova vilayətləri olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm