• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Azərbaycana hörmətsizlik edən kürd deputatın cavabı verildi

  • Maraqlı
  • 4 İyun 2014 11:21
  • 2 221 Baxış
Azərbaycana hörmətsizlik edən kürd deputatın cavabı verildi

Kazım Qarabəkirin qızı Timsal Qarabəkir, Sırrı Sakıkın Qarabəkir adını küçə və prospektlərdən silinəcəyi açıqlamasına reaksiya verib.

Daha öncə Ağrının yeni bələdiyyə sədri BDP-çi Sırrı Sakık Kazım Qarabəkir Paşanın adını bütün küçə və prospektlərdən siləcəyi açıqlamasını vermişdik. Publika.az xəbər verir ki, bu açıqlamadan sonra Kazım Qarabəkir Paşanın qızı Timsal Qarabbəkir “atam olmasaydı, Sırrı Sakıkı bu cür azad danışa bilməzdi” deyib:

“Bu gün Naxçıvanda kimdənsə Qarabəkiri soruşsan, atası kimi sevdiyini deyəcək. Atam Ərzurum, Qars, Ağrı, Sarıqamışın azad olunmasında öndə gedən komandirlərdəndir. Görəsən, Respublikanı quran Atatürk, İsmət, Fəvzi və Kazım Paşalar olmasaydı, Sakık kimilər indi bələdiyyə sədri seçilə bilərdilərmi? Kazım Qarabəkir vətənpərvər, inanclı birisi idi. Heç vaxt insanlar arasında türk, kürd, ərəb, çərkəz deyə ayrı-seçkilik etməyib. Həm ruslara qarşı, həm də erməni qruplaşmalara qarşı savaşıb. Yetim qalan türk, kürd, erməni uşaqlara sahib çıxıb. Bu uşlaqların uşaq evlərində sağlam bir şəkildə böyüyüb, peşə sahib olmaları üçün çalışıb. Atam bu torpaqlarda yaşayan insanların azadlığı üçün canını ortaya qoymuşdu. Ağrılı qardaşlarımın bu haqsızlığı qəbul etməyəcəklərinə inanıram”.

Vüsal Tağı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR