Bu şəxsin gömrükdə nəyə əl atdığına inanmayacaqsız (FOTO)
Bizi izləyin

Bilgi.az

Bu şəxsin gömrükdə nəyə əl atdığına inanmayacaqsız (FOTO)

Kubada maraqlı hadisə baş verib.


ANS PRESS-in məlumatına görə, Kamaquay şəhərindəki Aqramonte Beynəlxalq Hava limanında 66 ədəd bala quşu şalvarının içinə tikərək xaricə qaçırmağa çalışan şəxs gömrük işçiləri tərəfindən son anda saxlanılıb.


Adı məlum olmayan amerikalı turist hava limanında yoxlanışdan keçərərkən şalvarındakı qəribə şişliklər gömrük işçilərinin diqqətini çəkib. Turist şişliklərin nəvəsinə hədiyyə olaraq aldığı bir göyərçin və bəzi oyuncaqlar olduğunu söyləsə də işçiləri inandıra bilməyib.


Amerikalının şalvarını əynindən çıxartdıran gömrük işçiləri gördükləri mənzərə qarşısında şok keçiriblər. Yoxlanış zamanı turistin şalvarının iç qisiminə tikilmiş 66 ədəd bala quş aşkarlanıb. Turist quş balalarının səs çıxartmasına maneə olmaq üçün də dimdiklərini bağlayıb. Nəticədə bala quşların havasızlıqdan öldüyü məlum olub. Aşkarlanan quşlar nadir quşlardır və ABŞ-da minlərlə dollara satılır.


Qeyd edək ki, amerikalı turist barəsində Kubada iki ilə qədər həbs istəniləcək və mühakimə olunacağı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm