Avropanın ən "bahalı" məhkumu hansı ölkədədir?
Bizi izləyin

Bilgi.az

Avropanın ən "bahalı" məhkumu hansı ölkədədir?

San-Marinoda bir məhkumun saxlanılması gündə 750 avroya başa gəlir.

Publika.az-ın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə Kalininqraddakı Polşa İşgüzar Mədəniyyət Mərkəzinin araşdırmasında deyilir.

Bu məbləğ Qərbi və Şərqi Avropanın penitensiar sistemi üçün ən böyük vəsaitdir. San-Marinonun yeganə məhbusunun ixtiyarında trenajor zalı, kitabxana və televizorun olduğu zal var. O, 6 kameranın birində yerləşib, lakin yeməyini restoranda yeyir, çünki təkcə onun üçün həbsxana stolu açmaq sərfəli deyil.

Məhbusların saxlanılmasına bir gündə çəkilən xərclər üzrə ikinci yeri İsveç (621 avro) tutur. Ən az pul isə Ukraynada (3,06) ayrılır.

Digər ölkələrdə həbsxanalar dolub-daşır. Bu baxımdan ən acınacaqlı vəziyyət Serbiyadadır. Burada 106 nəfərə 100 yer düşür.

Belçikanın Niderlandla imzaladığı sazişə əsasən, belçikalılar bu ölkədəki həbsxanalardan istifadə edirlər və icarə haqqı verirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm