Amerikalı hərbçi islamı qəbul edib, Talibana qoşuldu
Bizi izləyin

Bilgi.az

Amerikalı hərbçi islamı qəbul edib, Talibana qoşuldu

Amerikalı hərbçi islamı qəbul edib, Talibana qoşuldu

Amerikalı hərbçi islamı qəbul edərək, mücahidlər tərəfində döyüşüb.

Publika az. Fox News telekanalına istinadən xəbər verir ki, mayın sonlarında Pentaqon Əfqanıstanda hərbi əməliyyatlar zamanı əsir düşmüş serjant Boi Berqdalı azad etməyə nail olub. Əvəzində mücahidlərə Quantanamoda saxlanılan 5 taliban komandiri qaytarılıb.

Lakin araşdırmalar zamanı məlum olub ki, son 5 ili Əfqanıstanda əsirlikdə keçirən Berqdal bu müddət ərzində dinini dəyişib, islamı qəbul edib. Hətta mücahidlərlə birlikdə “kafir”lərə (amerikalılara) qarşı döyüşlərdə iştirak edib.

Mücahidlərin etimadını qazanan Berqdala üstündə silah gəzdirməyə icazə verilibmiş. Ümumiyyətlə, məlum olub ki, Berqdalın taliban döyüşçüləri ilə əla münasibətəri yaranıb. Bir yerdə futbol oynayır, təlimlərdə onlarla birlikdə avtomatdan atəş açırmış.

Berqdalın 5 taliban komandiri müqabilində geri alınması müxalifətdə narazılıq doğurub. Barak Obama isə bildirib ki, kimliyindən asılı olmayaraq, hakimiyyət əsirlikdə olan bütün amerikalı əsirlərin azad olunması üçün əlindən gələni edəcək.

Hazırda hospitalda reabilitasiya kursu keçən Boi Berqdalın barəsində isə Pentaqonda araşdırma aparılır.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm