Dəhşət: sevdiyinə ərə gedən qızı güllələyib kanala atdılar – Foto
Bizi izləyin

Bilgi.az

Dəhşət: sevdiyinə ərə gedən qızı güllələyib kanala atdılar – Foto

Dəhşət: sevdiyinə ərə getdi, güllələndi– Foto

Pakistanda yeniyetmə qızı ailəsi sevdiyi kişiyə ərə getdiyi üçün cəzalandırıb.

Publika.az dünya mətbuatına istinadən xəbər verir ki, 18 yaşlı qıza iki dəfə atəş açandan sonra onu kanala atıblar. Xoşbəxtlikdən, qız sağ qalaraq xəstəxanaya çatdırılıb.

Pakistanlı qız Saba Maqsudu atası, əmisi, qardaşı və bibisi zorakılığa məruz qoyub.

Qeyd edək ki, Pakistan və Hindistanda “namus üstündə öldürülmə” geniş yayılıb. Sabanın ailəsinin verdiyi xəbərə görə, o, 5 gün bundan qabaq valideynlərinin razılığı olmadan sevdiyi kişiyə ərə gedib. Bu xəbərdən hiddətlənən yaxınları yeniyetməni çay qırağına aparıb, ona iki dəfə atəş açıblar.

Qızın öldüyünü zənn edən qohumlar onun cəsədini çuvala qoyaraq kanala atıblar. Boynundan yaralanan Saba özünə gələndən sonra çuvaldan çıxa bilib.

Polis Sabanın ata evinə gedib, lakin ailə üzvləri qaçıb gizlənməyə fürsət tapıblar.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm