• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ulduzların ölümcül pəhrizləri

  • Maraqlı
  • 6 İyun 2014 13:36
  • 1 030 Baxış
Ulduzların ölümcül pəhrizləri

Hollivud ulduzlarının qısa müddətdə ideal çəkiyə düşməsi hər zaman qadınları təəccübləndirir. “Adriana Limanın pəhrizi”, “Madonna bu üsulla arıqladı” kimi başlıqlı yazılar həmişə zərif cinsin nümayəndələrinin diqqətini çəkir. Əksər vaxt xanımlar oxuduğu hər şeyə inanır, fəsadlarını bilmədiyi pəhrizləri saxlayır. Ancaq dietoloq məsləhəti olmadan pəhriz saxlamağın intihara bərabər olduğunu nəzərə almaq lazımdır.

Tabloid.az sizə məşhurların insan sağlamlığına zərərli olan pəhriz reseptlərini təqdim edir:

Model Meqan Fox: yeməkdən əvvəl 1 qaşıq alma sirkəsi əlavə olunmuş su içir. Bu mədə xəstəliklərinə səbəb ola bilər. Ən yaxşısı suyu sirkəsiz içməkdir. Belə olduqda özünüzü daha tox hiss edəcəksiniz.

Müğənni və aktrisa Beyons: O “Dreamgirls” adlı filmdə rol almaq üçün 2 həftədə 10 kilo arıqlamışdı. Bu nəticəni əldə etmək üçün müğənni həmin müddətdə ancaq acı bibər yeyir, limon suyu, bitkilərdən hazırlanmış sirop və həzmi sürətləndirən çaylar içib.

Həkimlər bunun çox təhlükəli pəhriz olduğunu bildirirlər. Orqanizmə heç faydalı qidanın olmadığı bu menyu insanı arıqlatsa da, əzələlərin və dərisinin boşalmasına səbəb olur. İmmuniteti zəiflədir, həzm sistemini iflic edirolur. Bu pəhrizlə arıqlayan insan mütləq plastik əməliyyata müraciət etməlidir.

Aktyor Met Deymon: “Courage Under Fire” adlı filmindəki rolu üçün hər gün 10 kilometr qaçıb. Təkcə toyuq, suda bişmiş kartof və yumurta ilə qidalanıb.

Heç bir meyvə və tərəvəzin olmadığı bu menyu bağırsaq xəstəliklərinə səbəb olur. İmmunitet zəiflədiyi üçün infeksiyalara yoluxmaq riski çoxalır.

Aktyor Kristen Beyl: “Maşinist” filmindəki rol üçün arıqlmalı olub və bir neçə həftə su, qəhvə, ton balığı və almadan başqa heç nə yeməyib.

Sağlam həyat üçün az miqdarda olsa da, hər gün bütün vitaminlər, minerallar qəbul edilməlidir. Bu baxımdan Kristenin pəhrizi bədəndə qan azlığına, B12 vitamini, fol turşusu, kalsiumun çatışmazlığına səbəb olur. Sümük əriməsi, ürək xəstəlikləri, yuxusuzluq kimi problemlərə səbəb olur.

Model Miranda Kerr: Hər yeməkdən öncə 4 qaşıq Hindistan qozu yağı içir.

Yağlar ən çox kalorisi olan qidalardır. Hansı yağdan istifadə etməyinizin fərqi yoxdur. 1 qram yağ 9 kalori deməkdir. Yemək yeməzdən əvvəl 4 qaşıq yağ içən insan arıqlamaq üçün mütləq az yemək yeməlidir. Yoxsa, arıqlamaq əvəzinə daha da kökələ bilər.

Müğənni Cennifer Lopez: Bütün gün qreyfurt yağı iyləyir. Bunun yağları əritmədə faydalı olduğunu düşünür.

Qoxuların yağ əritməyə təsiri yoxdur. Əksinə qreyfurt kimi meyvələrin ətri gözəl olduğu üçün iştahı aça bilər. Bu da kökəlməyə gətirib çıxarar.

Müğənni Kayli Minoq: Ac qarnına qreyfurt yeyir.

Düzdür araşdırmalar göstərir ki, yeməkdən əvvəl yarım qreyfurt yemək 3 ayda 5 kilo arıqlamağa kömək edə bilər. Ancaq bu təzyiq, xolesterol və ya depressiya ilə mücadilə edən və dərman qəbul edən insanlara aid deyil. Əks halda zəhərlənə bilərsiz.

Uma Turman: Bütün qidaları bişirmədən çiy şəkildə yeyir.

Bu zaman çiy yeyilməsı mümkünsüz olduğu üçün ət, yumurta kimi qidalardan imtina etmək lazım gəlir. Bu da B12 vitamini və dəmir çatışmazlığına səbəb olar. Üstəlik yaddaşı itirmək təhlükəsi ilə üz-üzə qala bilərsiz.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR