Dünya tarixinin ən erotik fətvası – Fotolar
Bizi izləyin

Bilgi.az

Dünya tarixinin ən erotik fətvası – Fotolar

Dünya tarixinin ən erotik fətvası - Fotolar

Dünyada qadınlar üçün ən sərt qayda-qanun Səudiyyə Ərəbistanındadır. Qadının həyatına bütünlüklə ya qohumları, ya əri nəzarət edir.

Bu, dünyada yeganə ölkədir ki, orada qadınlara avtomobil idarə etmək yasaq edilib. Bu barədə fətva verən ərəb şeyxləri əmindirlər ki, avtomobil idarə edən qadın sağlam uşaq doğa bilməz. Bunun heç bir tibbi sübutu olmasa da, şeyxlərin fətvası qüvvədədir.

Bu səbəbdən ölkədə qadınlar üçün sürücülük məktəbi də yoxdur. Bununla belə, qadağadan qorxmayan xanımlar bəzən avtomobil sükanı arxasına keçirlər. Maraqlı burasıdır ki, maşını sürücülük vəsiqəsi olmadan idarə edən qadın yol polisi tərəfindən saxlanıldıqda heç bir cəza almır. Çünki faktiki olaraq məhz bu qayda pozuntusuna görə qanunla cəza müəyyən edilməyib. Yol polisi ancaq qadının ailə üzvlərinə zəng edib, hadisə barədə məlumat verə bilər.

Digər tərəfdən, qadına maşın sürmək yasaqdırsa, demək, onların marketə, bazara alış-verişə getmələri üçün şəxsi sürücü tutmaq və ya taksi sifariş etmək lazımdır. Səudiyyə Ərəbistanında isə bu xidmətlər çox bahadır.

Həm də bu zaman ortaya ikinci problem çıxır – taksi sürücüsü də, şəxsi sürücü də yad kişidir. Deməli, naməhrəmdir. Qadın isə naməhrəmlə maşında tək gedə bilməz. Kral ailəsinə yaxınlığı olan şeyxlərdən biri bu problemdən də orijinal çıxış yolu tapıb. 2010-cu ildə verilən fətvaya görə, qadın ailəsinin işə sürücü kimi götürdüyü kişiyə döşündən süd verir. Belə olan halda həmin kişi qadının “süd oğlu” sayılır. “Süd oğlu” isə artıq naməhrəm deyil. Yənı sürücü ilə qadın artıq qohum sayılırlar.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm