"Coca Cola" səltənəti dağılır
Bizi izləyin

Bilgi.az

"Coca Cola" səltənəti dağılır

Bağlanılacaq fabriklərdən 750 işçinin çıxarılması nəzərdə tutulur

Ən bahalı markalar siyahısında liderliyi əlindən verən “Coca Cola”nın İspaniyada 11 fabrikindən 4-nün bağlanacağı açıqlanıb.

Anspress yazır ki, İspaniyada “ERE” adlı verilən qanundan yararlanaraq həmkarlar ittifaqına dünən bu barədə təklif verilib. Şirkətin maliyyəni azaldan proqram çərçivəsində “İberian Partners”, “Asturias”, “Palm de Mallorca”, “Alicante” və Madriddəki fabriklərini bağlamağı nəzərdə tutan plan açıqladığı bildirilib.

“Sky news”un xəbərinə görə, “Coca Cola”nın maliyyə xərclərini azaltmaq planı 1250 nəfər işçiyə təsir edəcək. Bağlanılacaq fabriklərdən 750 işçinin çıxarılması və 500-ə qədər işçinin də İspaniyada Sevilya, Barselona kimi digər fabriklərə köçürülməsi nəzərdə tutulur. “Coca Cola” İspaniyada 11 fabrikində cəmi 4 min 270 işçi işlədir.

Qeyd edək ki, “İnterbrand”in 2013-cü il üçün hazırladığı dünyanın ən dəyərli 100 markası siyahısında “Apple” “Coca Cola”nı keçib. “Coca Cola” 13 ildən sonra zirvədən enərək 3-cü sıraya düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm