• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İki üzlü adam – FOTO

  • Maraqlı
  • 9 İyun 2014 13:35
  • 778 Baxış
İki üzlü adam – FOTO

Edvard Mordreyk Britaniyanın zəngin, aristokrat ailələrinə mənsub olan bir gənc idi. Tanışları və dostları bu gənc haqqında həmişə yaxşı fikirlər söyləyirdilərhəlim xasiyyəti vardı, yaxşı təhsil almışdı, müxtəlif musiqi alətlərində ifa edə bilirdi.

Amma Edvardın bir özəlliyi vardı. Zavallı gənc ”iki üzlü” doğulmuşdu. Dünya praktikasında bu patologiyaya çox nadır hallarda rast gəlinir. Tibb elmində buna “Сraniophagus Parasiticus” deyilir. Belə ki, ana bətnində siam ekizləri bir-birinə yapışır, onlar kəllə sümükləri və ya hansısa bədən üzvləri birləşik doğulur.

Edvardın üzü çox yaraşıqlı idi, ancaq bədbəxt gəncin peysərində olan ikinci üz birincidən fərqli olaraq eybəcər idi.

Şahidlər deyir ki, peysər nahiyəsində olan üz heç vaxt qida qəbul etmir, danışmırdı. Amma gözləri ətrafı həmişə diqqətlə izləyirdi. İkinci üz emosiyaları da ifadə edirdi.

Bəzən Edvard ağlayanda ikinci üzü nəyə görəsə gülümsəyirdi.

Edvard cərrahlara yalvarırdi ki, ikinci üzü kəsib götürsünlər. Deyirdi, gecələr ikinci üz pıçıltısı ilə onu oyadır, şeytani sözlər deyir. Amma cərrahlar belə mürəkkəb əməliyyatı keçirməyə ürək etmirdilər.

Ruhdan düşən gənc tezliklə özünə qapıldı. Hətta ən yaxın qohumları ilə də ünsiyyəti kəsdi və bir gün də intihar etdi.

Qohumları onun intihardan əvvəl yazılmış məktubunu tapdılar. Məktubda Edvard xahiş edirdi ki, dəfn olunmamışdan əvvəl peysərində olan ikinci üzü kəsib götürsünlər ki, heç olmasa, o biri dünyada rahatlıq tapa bilsin.

İlqar Atabəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR