• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Honkonq eynicinsli nikahı qadağan etdi

  • Maraqlı
  • 9 İyun 2014 14:11
  • 470 Baxış
Honkonq eynicinsli nikahı qadağan etdi

Honkonq hökuməti Britaniya konsulluğuna eynicinsli nikahları qeydə almağı qadağan edib.

Virtualaz.org saytı xarici KİV-lərə istinadən xəbər verir ki, Britaniyanın 23 ölkədəki konsulluğunun eynicinsli nikahları qeydə ala biləcəyinə dair qəbul etdiyi qərardan sonra Honkonq öz ərazisindəki Britaniya konsulluğuna yazılı xəbərdarlıq göndərib.

Xəbərdarlığa əsasən Honkonqdakı Britaniya konsulluğu bu cür nikahları qeydə ala bilməz. Konsulluq rəsmiləri belə qadağanın olduğunu təsdiqləyiblər. Bildirilib ki, Çinin öz ərazisindəki Britaniya konsulluğuna eynicinsli nikahları qeydə almasına qadağa qoymamasına baxmayaraq Honkonq belə qərar verib. Honkonq Çinin xüsusi statusa malik bölgəsidir.

Xəbər verildiyi kimi, Britaniya hökumətinin qalmaqallı qərarına əsasən Azərbaycan ərazisindəki Britaniya konsulluğu da eynicinsli nikahları qeydə ala bilər. Lakin bu qərar elan olunandan sonra Azərbaycanın müvafiq strukturlarından səs çıxmadı.

Honkonqda bu cür eybəcər praktikaya qadağa qoyulduğu halda müsəlman ölkəsi olan Azərbaycan Britaniya konsulluğuna eynicinsli nikahları qeydə almağa hansı səbəbdən qadağa qoymur?

Xəbər lenti

DAHA ÇOX XƏBƏR