Qadın bədənindəki xalların mənaları – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Qadın bədənindəki xalların mənaları – FOTOLAR

Qadın bədənindəki xalların mənaları - FOTOLAR

Bəzi inanclara görə, hər bir insan bədənində xarakteri, maraqları və taleyi ilə bağlı vacib informasiyanı daşıyan ləkələr gəzdirir. Ləkələr dedikdə isə xallar nəzərdə tutulur. Deyilənə görə, iri xalların insanın taleyinə təsiri də böyükdür. Xırda xallar isə heç bir əhəmiyyət kəsb etmir. İnsan bədənində elə bir yer yoxdur ki, orada xal əmələ gəlməsin. Hətta göz bəbəklərinin, ağızın içində, dildə də xala rast gəlmək olar. Tibb elminə görə, ləkələr və xallar dərinin inkişafının anadangəlmə qüsuru və ya həyat boyu əldə edilən xoşxassəli şişdir. Xallar müxtəlif forma və ölçülərdə olur. Onlar həmçinin qəhvəyi, çəhrayı, göy və qara rənglərə görə də fərqlənirlər. Göyə çalan tüklə örtülmüş xallar qədim dövrlərdə şeytan əməli sayılırdı. Orta əsrlərdə belə xalları olan qadınlar hətta odda yandırılardı.

Tabloid.az Rusiya mətbuatına istinadən xalların mənalarını təqdim edir:

Qadın bədənindəki xalların mənası

Sinə: Əgər xal sağ tərəfdədirsə - siz tez-tez məqamını dəyişən insansınız. Sizin həyatınız yüksəlişlərdən və enişlərdən ibarətdir. Əgər xal soldadırsa, bu sizin ürəyinizin böyüklüyündən və bir az da dərin düşünən insan olmadığınıza işarədir.

Bel dairəsində: Sizin çoxlu uşağınız olacağına işarədir. Xal nə qədər böyük olarsa, uşaqlarınızın sayı bir o qədər çox olar.

Çiyinlərdə: Uğur sizinlə eyni yolu gedir, amma xal sol çiyindədirsə bu maddi çətinliklərin əlamətidir.

Biləkdə: Tünd xalların mənası – maraqlı karyera, xoşbəxtlik, var-dövlətdir.

Əldə: Sizdə sizə uğur gətirən hansısa qeyri-adi bacarıq, qabiliyyət var.

Ovcun içində: Azadlıq, əməksevərlik, enerjili olmağın əlamətidir.

Alında: Sağ tərəfdədirsə, şöhrət və xoşbəxtliyi ifadə edir.

Qulaqlarda: Sizin həyatda qayğılarınız olmayacaq.

Boyunda: Əgər xal boyunun arxa tərəfindədirsə, sizin həyatınız çətin olacaq. Əgər boğazın ön tərəfindədirsə sizi baş gicəlləndirəcək dərəcədə uğurlu karyera gözləyir.

Ayaqlarda: Qətiyyətsizlik rəmzidir.

Yanlarda: Həmişə güzəştə gedən, işləməyi sevməyən.

Pəncədə: Əgər hər iki pəncədə varsa, siz səyahət etməyi sevirsiniz. Təkcə sağdadırsa sizin arzularınız heç vaxt işıq üzü görməyəcək. Əgər soldadırsa siz iti ağlı olan xülyapərəst insansınız.

Göz bəbəklərinin içində: Göz bəbəklərinin içində də xalınız varsa, bu düşmələrə işarədir. Belə ki, düşməninizi uzaqda deyil, yaxında axtarmalısınız.

Üzdə olan xalların mənasını aşağıdakı şəklə baraxaq müəyyən edin.

1. Kimdə burda yerləşən xallar varsa, o güclü intuisiyaya malikdir, olduqca ağıllıdır və mistikaya meyl edir;

2. Ehtiraslıdır, qısqancdır və tez əsəbləşir;

3. Şair ruhlu, intellektual peşələr meyl edir;

4. Dərin sevgi və bağlılıq, hissiyyatlı və əliaçıqdır .

5. Dəyişkən, coşqun, hər şeyi qısa roman kimi yaşayir hər şeyi...;

6. Səyahəti sevən, güclü fantaziyaya malik və güclü;

7. Əsassız qısqanc, eqoist;

8. Həssasdır, ailə həyati ağır keçir;

9. Sevgidə dalaşmağa meylli;

10. Əla yaddaş, güclü siyasətçi;

11. Çətin sevgilərə və qadağan olunmuş hər şeyə meylli;

12. Qarışıq, sentimental əlaqələr, ehtirasa tez qapılan;

13. Tez küsüb, tez barişan, platonik sevgi yaşayan;

14. Bəşəri məsələlərə laqeyd qala bilməyən tip;

15. Sərbəstlik sevgi və səyahəti sevən;

16. Analıq etmək arzusu, mərd və sədaqətli;

17. Qalmaqala meylli, ailə həyatında məsuliyyətli;

18. Hissiyyatın hər şey üzərində qələbəsi, fantaziya və orijinallıq;

19. Qısqanc və dərin sevgi yaşamağa meylli;

20. Çətin xarakterli, depressiyaya meylli;

21. İş və sevgi həyatinda dəyişkən;

22. Qərarsiz;

23. Ağıllı, yolunda düzgün;

24. Kövrək psixologiyaya sahib, özünü qorumağı bacarmayan;

25. Mühafizəkar, möhkəm ailə həyatını sevən, cəmiyyətdə mehriban, sevgi həyatında isə sakit və köhnə fikirli.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm