Bermud üçbucağındakı sirli piramida, yoxsa... – Fotolar - Video
Bizi izləyin

Bilgi.az

Bermud üçbucağındakı sirli piramida, yoxsa... – Fotolar - Video

Bermud üçbucağındakı sirli piramida, yoxsa... – Fotolar- Video

Bermud üçbucağı (və ya Şeytan üçbucağı) — Atlantik okeanın şimalında Florida, Bermud adaları və Puerto- Rikonu birləşdirən şərti xətlərin əhatə etdyi üçbucaq ərazidir.

Bermud üçbucağı burada itmiş çoxlu obyektə görə sirli yer və anomal zona sayılır. Şeytan üçbucağı və ya Şeytan dənizi kimi tanınan Bermud üçbucağı okeanın təqribən yarım milyon kvadrat mil (1.2 milyon km2) sahəsini tutur. Bu sahə gəmilərin, qayıqların və təyyarələrin itdiyi yüksək qəza bölgəsi kimi qeyd edilib.

Yoxa çıxan hava və su nəqliyyatı

1945-ci ildən başlayaraq alimlərdən, xilasedicilərdən, mütəxəssislərdən ibarət komanda yaradılır. Komanda Bermud üçbucağındakı anomal hadisələri diqqətlə izləyirdi. Məhz bu komandanın fəaliyyəti dövründə ərazidə qəzaya uğrayan gəmilərdə 140 min insanın həyatı xilas edildi. Alimlər sevinirdilər. Uzun müddət aparılan tədqiqatlardan sonra onlara elə gəlidi ki, nəhayət, Bermudun sirrini tapmağa yaxındırlar. Ancaq tədqiqatlar alimlərin işini dalana dirədi. Müşahidələr zamanı üçbucağın ərazisində 100-dən çox dəniz və hava nəqliyyatı yoxa çıxdı. Bəli, yoxa çıxdı, heç bir iz qoymadan. Xilasedicilər axtarış zamanı dəniz səthini ələk-vələk etdilər. Adətən, qəza zamanı dəniz səthində yağ ləkələri, qəzaya uğramış gəminin, yaxud təyyarənin qırıntıları qalır. Bermudda isə belə hal olmur. Obyekt sadəcə yox olur, vəssalam.

Bermud üşbucağının dibi də xüsusi aparatlarla santimetr-santimetr yoxlanılır. Heç bir batmış gəmiyə, təyyarəyə rast gəlinmir.

Dənizin dibindəki piramida

Ancaq dənizin dibindəki tədqiqatlar nəticəsiz də qalmadı. 1992-ci ildə alimlər dənizin dibində piramida aşkarladılar. Təsəvvür edirsiniz, bu piramida Misirdəki ən böyük Xeop piramidasından 3 dəfə böyük idi. Dəniz altındakı piramidanı tam tədqiq etmək üçün alimlərə aylar lazım oldu. Tədqiq etdikcə də ortaya heyrətamiz faktlar çıxdı. Nəhəng piramidanın səthi şüşə kimi hamar idi. Həm də üstündə nə lil vardı, nə mamır, nə dəniz yosunu. Adətən, dənizin dibində olan istənilən obyekt lil və yosunla örtülür. Bu piramida isə sankı heç dənizin dibində deyildi. Tərtəmiz, şüşə kimi səthi vardı. Bir müddət keçəndən sonra piramidada aparılan tədqiqatlarla bağlı ictimaiyyətə daha məlumat verilmədi. Yəqin ki, işə məxfilik statusu verildi.

Yalnız ara-sıra məlumat verilir ki, Bermud üçbucağına yaxın olan Puerto-Riko sakinləri mütamadi olaraq ərazidə naməlum uçan obyektləri müşahidə edirlər. Elə alimlər də bunu təstiqləyərək qeyd edirlər ki, “uçan boşqab”lar okeanın dibindən səmaya qalxırlar.

Bermud üçbucağının sirri açılıbmı ?

Bu əsrarəngiz üçbucaq ilə əlaqədar olaraq edilən son iddia isə uzun illərdir davam edən araşdırmaların bir nəticəsi kimi ortaya çıxdı. Bu son iddia ya görə, bütün bu sirli hadisələr əslində sadə bir təbii qaz kütləsinin təsirindən idi. Yeraltından fışqıran təbii qazlar yalnız yüksək quru parçalarından deyil, dəniz və okean döşəmələrindən də çıxarlar. Çünki dəniz döşəmələri də üstü suyla örtülmüş quru parcalarıdır. Ancaq okeanların dərinliklərindəki bölgələrdən çıxmaq istəyən təbii qazlar, oradakı təzyiqin də təsiriylə qatı hala çevrilir və "hidrat" deyilən ağ və qatı bir maddə halına gəlir. Çox dərinlərə dala bilən robot kameralarının bu bölgədəki ağappaq okean döşəməsinin və bəzi gəmi dağıntılarının şəklini çəkməsindən sonra mövzuya elmi şərh gətirilib:

Bu bölgə “Gulf Stream” deyilən isti su axıntısının da keçdiyi yerdir. Döşəmənin bəzən istiləşməsi üzündən bu "zəhərli qazlar" sudan yüngül olduqları üçün səthə doğru yüksəlirlər. O anda döşəmədən səthə qədər suyun sıxlığı azalır. O sırada oradan keçən nə varsa, dərin bir quyuya düşər kimi sürətlə okeanın dibinə çəkilir. Çünki sıxlığı düşən su, gəmiləri daşıyacaq qaldırma qüvvətini meydana gətirə bilməz. Qazın yüksəlməsi sona çatınca sıxlıq təkrar köhnə halına dönür və geridə heç bir iz qalmadan böyük gəmilər kilometrlərcə dərinə basdırılmış olurlar.

Təyyarələrin düşərək itməsi də yenə eyni səbəbdəndir. Səthə çıxan təbii qazlar, havadan da yüngül olduqları üçün yüksəlməyə davam edir. Bu dəfə sıxlıq azalması bölgənin üzərindəki atmosferdə meydana gəlir. Oradan təsadüfən keçən bir təyyarə dərhal radarlardan itir və mühərrikləri dayanır. Çünki mühərriklərdəki benzinin yanması üçün oksigenə ehtiyac vardır və aşağı sıxlıqlı havanın içindəki oksigen miqdarı mühərriklərin çalışması üçün kafi deyil. Beləcə, təyyarə də sürətlə okean dibinə doğru enişə keçir.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm