Ərdoğan casusa müsahibə verib? – Fotolar
Bizi izləyin

Bilgi.az

Ərdoğan casusa müsahibə verib? – Fotolar

Ərdoğan casusa müsahibə verib? - Fotolar

Gəzi hadisələrinin ildönümü ilə bağlı CNN televiziyasıın İstanbuldakı xüsusi müxbirinə polis təzyiqi olub. Hər şey elə bundan sonra başlayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, CNN-nin müxbiri Vatson İstanbuldan canlı yayım zamanı polis tərəfindən yaxalanıb. Bu hadisə sosial şəbəkələrdə böyük əks-sədaya səbəb olub. Daha sonra müxbir Vatson azad edilib.

Partiyasının qrup toplantısında gündəmə dair açıqlamalar verən baş nazir Ərdoğan həmin müxbiri casusluqda ittiham edib. ABŞ Dövlət Departamentinin sözçüsü isə Ərdoğanın iddiasını “gülünc” və “absurd” adlandırıb. Vatson da öz növbəsində Türkiyəni “çox təhlükəli ölkə” hesab etdiyini deyib və 12 il yaşadığı ölkəni tərk edib.

Bütün bunlardan sonra sosial şəbəkələrdə Ərdoğanla Vatsonun birgə fotoları yayılıb. Bu şəkillərdə həm də baş nazirin Vatsona müsahibə verdiyi və onunla əl tutub salamlaşdığı aydın görünür.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm