Lenin biədəb görkəmdə – Foto
Bizi izləyin

Bilgi.az

Lenin biədəb görkəmdə – Foto

Lenin biədəb görkəmdə - Foto

Polşanın Krakov şəhərində dünya proletariatının lideri Vladimir İliç Leninin fontan-heykəlinin açılışı olub.

Publika.az Lenta.ru-ya istinadən xəbər verir ki, Ronald Reyqan adına meydanda quraşdırılan heykəli əhali təəccüblə qarşılayıb. Heykəldə Lenin sidik ifraz edən vəziyyətdə əks olunub. Sarı rəngli heykələ “gələcəyin fontanı” adı verilib.

Qeyri-adi fontan həm yerli əhalidə, həm də turistlərdə müxtəlif emosiyalar doğurub. Kimi Leninin biədəb formada olmasına deyinir, kimi gülür, bəziləri isə, umumiyyətlə, Polşada sovet liderinin bütün heykəllərinin yığışdırılmasını istəyir.

Fontan-heykəlin açılışı bu gün səhərçağı olub. Bir neçə gündən sonra heykəl Lazni-nova teatrının qarşısındakı parka köçürüləcək.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm