Kim hansı orqanını sığorta edib? – Fotolar
Bizi izləyin

Bilgi.az

Kim hansı orqanını sığorta edib? – Fotolar

Kim hansı orqanını sığorta edib? - Fotolar

Məlum olduğu kimi, bir sıra əcnəbi məşhurlar bədənlərinin müxtəlif nahiyələrini sığorta edir. Publika.az tanınmış ulduzların bədənlərinin hansı hissəsinin daha çox qiymətləndirildiyi barədə materialı diqqətinizə təqdim edir.

ABŞ-lı rəqqas, xoreoqraf, aktyor və müğənni Fred Aster öz çevik ayaqlarını 150 min dollara sığorta edib. Müğənni Tina Törner isə ayaqlarını 1,5 milyon dollara sığortalayıb.

Rihanna ayaqlarına 2007-ci ildə yarım milyon dollar qiymət qoyub. Futbolçu Ronaldo da ayaqlarını sığortalayıb – 80 milyon dollara. Meray Keri 2006-cı ildə “Gillette” ülgüc reklamından sonra “İlahə ayaqları” adını aıb və ayaqlarını 1 milyard dollara sığortalayıb.

Kayli Minoq məşhur ombalarını da sığortalamaq fikrinə düşüb. O, ombalarına 2,5 milyon dollar qiymət qoyub.

Gitaraçı Kit Riçards əllərini 1 milyon, Dolli Parton sinəsini 36 min dollara sığortalayıb. Müğənni Madonna da həmkarlarından geri qalmayaraq sinəsini 1,2 milyon dollara qiymətləndirib . Öz əsrarəngiz təbəssümü ilə tamaşaçıları heyran qoyan Culiya Roberts isə gülüşünü 18 milyon dollar dəyərində sığortalayıb.

Tom Cons isə sinə tüklərini yarım milyon, amerikalı kriket ustası Merv Hac bığlarını 200,000 dollara sığorta edib. Ən maraqlısı – musiqiçi Devid Li Rot isə öz spermasına 600,000 dollar qiymət qoyub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm