• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Hicablı qızlar partisinə sərt reaksiya

  • Maraqlı
  • 11 İyun 2014 13:03
  • 3 064 Baxış
Hicablı qızlar partisinə sərt reaksiya

Son vaxtlar xüsusən hicablı qızların favorit jurnalına çevrilən “Ala”nın təşkil etdiyi parti ciddi təpkilərə görə ləğv edilib.

Publika.az xəbər verir ki, Türkiyədə “İslami dəb jurnalı” şüarı ilə çıxan “Ala” jurnalın təşkil etdiyi “Tarixdəki Ən Yaxşı Qızlar Partisi” təpkilərə görə ləğv edilib. Rəqqasə Asenanın da çıxış edəcəyi partinin biletinin 250 lirə ( təxmini 170 manat – red.) olduğu açıqlanırdı.

VIP biletin 3000 lirəyə (təxmini 1400 manat – red.) başa gəldiyi tədbir beşulduzlu hoteldə keçiriləcəkdi. Həmçinin partidə təşkil olunacaq gözəllik yarışmasında qalib gələn qızın fotosu jurnalın üz qabığında dərc olunacaqdı. Lakin məsələylə bağlı gələn sərt reaksiyalara görə təşkilatçılar partini keçirməməyə qərar veriblər. Belə reaksiyalar isə “Tvitter”dən gəlib.

“Ala” jurnalının baş redaktorunun bu sosial şəbəkədəki hesabı mesaj yağmuruna tutulub. Reaksiyalar təhqir və təhdid formatında olduğundan parti ləğv edilib.

Vüsal Tağı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR