• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Dünyanın ən varlı insanları harada yaşayır?

  • Maraqlı
  • 11 İyun 2014 16:29
  • 1 224 Baxış
Dünyanın ən varlı insanları harada yaşayır?

“Wealth-X and UBS Billionaire Census-2013” şirkətinin hesablamalarına görə, varidatı 1 milyard dollardan çox olan insanların yarıdan çoxu məhz ABŞ-da yaşayır.

ABŞ-da zəngin insanların yaşadığı bölgələr isə Kaliforniya sahilləri, Nyu-York və Texas ştatı hesab olunur.

Varlı insanların məskunlaşdığı növbəti ölkə Çindir. Ərazisi kiçik olsa da, Almaniya da zəngin insanların sayına görə Çinlə eyni pillədə durur.

Avropa ölkələri arasında Böyük Britaniya dünyanın kapital paytaxtlarından biridir. Londonda varidatı 30 milyon dollardan çox olan 6 min 400 nəfər insan yaşayır. Krım və Ukraynada baş qaldıran böhrandan sonra Rusiya iqtisadiyyatında problemlər yaransa da, 2013-cü ilin hesablamalarına görə, bu ölkə varlı insanların sayına görə 4-cü yerdədir.

Varlıların yaşadığı növbəti ölkə Hindistan hesab olunur. Lakin 2013-cü ildə Hindistanda milyaderlərin sayı 5 faiz aşağı enib. Honkonq da yatırılmış sərmayələrə görə zəngin bölgəyə çevrilib. Varlıların yaşadığı siyahıya Səudiyyə Ərəbistanının da adı düşüb. Neftlə zəngin olan ölkədə 200-ə yaxın milyarder yaşayır. 2013-cü ildə, demək olar ki, Suriyadan başqa bütün ölkələrdə artım müşahidə edilib. Fransada yeni qəbul olunmuş qanuna əsasən, illik məvacibi yüksək olan şirkətlərdən gəlirin 75 faizi vergiyə tutulacaq. Yeni qanuna görə, zəngin insanların ölkəni tərk edəcəkləri ehtimal olunur. Bununla belə, Fransa varlı insanların sayına görə siyahının yüksək pilləsində dayanır.

Zənginlərin yaşadığı növbəti ölkələr isə aşağıdakılardır: İsveçrə, Braziliya, Türkiyə, Kanada, Birləşmiş Ərəb Əmirliyi və Yaponiya.

Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR