• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Rus gənclərinin arzusu: yenidən SSRİ-yə

  • Maraqlı
  • 11 İyun 2014 17:07
  • 822 Baxış
Rus gənclərinin arzusu: yenidən SSRİ-yə

“SSRİ-nin çökməsi fəlakət idi, bizim böyük və güclü ölkəmiz vardı, ancaq təssüflər ki, dağıldı”.

Washington Post” xəbər verir ki, bu sözlərin müəllifi Moskva Beynəlxalq Universitetinin jurnalistika fakültəsinin tələbəsi, 18 yaşlı Oksana Çernışovadır. Qəzetin Moskvadakı müxbiri Ebiqel Xauslonerin sözlərinə görə, 61 yaşlı Putinin SSRİ-nin xiffətini çəkməsini anlamaq olar. Ancaq SSRİ barədə yalnız valideynlərinin söhbətlərindən xəbər tutan gənc qızın təəssüflənməsi təəccüb doğurur.

Maraqlıdır ki, indi Putin gənclər arasında daha populyardır. Mayın sonunda keçirilmiş sorğuda iştirak edən 18-24 yaşlı gənclərin 86; 40-54 yaşlı vətəndaşların 82 faizi Putini dəstəkləyib.

Qəzet qeyd edir ki, Krımın işğalından sonra Rusiya liderinin SSRİ-ni bərpa etmək planları geniş kütlə arasında rəğbətlə qarşılanır.

Valideynlərindən “sovet vaxtı qayda-qanun vardı, dondurma daha ucuz idi” sözlərini eşidən gənclər yenidən superdövlətin vətəndaşı olmaq eşqi ilə alışıb-yanırlar.

Rusiyanın məşhur tarix müəllimi İqor Doluçki isə Putinin populyarlaşmasında təbliğat başlıca rol oynadığından şikayətlənir: “Təsəvvür edin, 11-ci sinfin tarix kitabının təkcə 6 səhifəsində Putinin adı 26 dəfə çəkilir”.

İlqar Atabəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR