2014-ün ən seksual futbolçuları - Fotolar
Bizi izləyin

Bilgi.az

2014-ün ən seksual futbolçuları - Fotolar

2014-ün ən seksual futbolçuları - Fotolar

Dünəndən etibarən nəzərlər Braziliyada keçirilən futbol çempionatına yönənib. Tamaşaçılar futbolçuların oyunları ilə yanaşı seks simvol hesab edilən oyunçulara tamaşa etmək üçün ekran başına yığışırlar.

Publika.az 11 ən seksual futbolçunun fotolarını təqdim edir.

  1. Kriştiano Ronaldo

Ölkə: İspaniya

Yaş: 29

Qonorarı: illik 21 milyon avro

Ləqəbi: Ronni

Şəxsi həyatı: rusiyalı model İrina Şeyk ilə münasibətdədir.

  1. Jerar Pike

Ölkə: İspaniya

Yaş: 27

Qonorarı: illik 3,96 milyon avro

Şəxsi həyatı: sevgilisi müğənni Şakira, futbolçudan 10 yaş böyük olsa da, onlar dünyanın ən uğurlu cütlüyü hesab olunur. 2013-cü ildə Şakira ondan Milan adlı oğlunu dünyaya gətirib. Şakira oğluyla birgə sevgilisinin oynadığı “Barselona” futbol klubunun bütün oyunlarını diqqətlə izləyir.

  1. Klaudio Markizio

Ölkə: İtaliya

Yaş: 28

Qonorarı: illik 3 milyon avro

Şəxsi həyatı: uzunmüddətli münasibətlərdən sonra mavi gözlü italiyalı sevgilisi Roberta Sinopoli ilə ailə həyatı qurub. İndi isə cütlük iki oğlan övladını böyütməklə məşğuldur.

  1. Qrem Zusi

Ölkə: ABŞ

Yaş: 27

Qonorarı: illik 80 min avro

Şəxsi həyatı: amerikalı futbolçunun hazırda sevgilisi yoxdur.

  1. Oliviye Jiru

Ölkə: Fransa

Yaş: 27

Qonorarı: illik 4 milyon avro

Şəxsi həyatı: Jiru çox etibarlı həyat yoldaşı hesab olunurdu. 2013-cü ildə onun Ceyd adlı qızı da dünyaya gəlib. Lakin alt geyimləri nümayiş etdirən model Selia Key möhkəm ailənin təməlinə xələl gətirib. Matçların birindən sonra Olivye otel nömrəsində Selia ilə yaxalanıb. Bundan sonra, futbolçu cərimə və boşanmadan çətinliklə canını qurtara bilib.

  1. Aleksandr Kerjakov

Ölkə: Rusiya

Yaş: 31

Qonorarı: illik 2,1 milyon avro

Şəxsi həyatı: futbolçu 2003-cü ildə Sankt-Peterburq küçələrinin birində Mariya ilə tanış olub. Bir müddətdən sonra futbolçunun sevgilisi ona Darya adlı qız dünyaya gətirib. Lakin Mariya Aleksandrı başqa bir qadınla bir yerdə yaxaladıqdan sonra cütlük 2010-cu ildə ayrılıb.

  1. Serxio Ramos

Ölkə: İspaniya

Yaş: 28

Qonorarı: illik 4,5 milyon avro

Şəxsi həyatı: Jerar Pike kimi, Ramosun da sevgilisi özündən yaşca böyükdür. “Real”ın müdafiəçisi bu ilin sentyabrından etibarən jurnalist Pilar Rubio ilə görüşür. Bir neçə ay bundan qabaq isə Serxio ata olub.

  1. Corcinyo Veynaldum

Ölkə: Hollandiya

Yaş: 23

Qonorarı: illik 4,5 milyon avro

Şəxsi həyatı: futbolçu karyerasına aid olmayan xəbərləri gizlətməyə çalışır. Hollandiyanın yarımmüdafiəçisi, bir dəfə də olsun, əyləncələrdə, istirahətdə və qadın yanında olarkən paparasilərin obyektivinə tuş gəlməyib.

  1. Maurisio Pinilya

Ölkə: Çili

Yaş: 30

Qonorarı: illik 450 min avro

Şəxsi həyatı: qaraşın, döyməli futbolçu arvadı Jizel Qallardoya çox sadiqdir. Cütlük tez-tez ailə fotolarını sosial şəbəkələrdə paylaşır.

  1. Neymar

Ölkə: Braziliya

Yaş: 22

Qonorarı: illik 8,8 milyon avro

Şəxsi həyat: futbolçu ötən ildən 17 yaşlı braziliyalı model Bruna Markezini ilə sevgi münasibətinə başlayıb. Futbolçu öz hisslərini telefirin canlı yayımında etiraf edib.

  1. İker Kasilyas

Ölkə: İspaniya

Yaş: 33

Qonorarı: illik 7,5 milyon avro

Şəxsi həyatı: artıq 5 ildir, İker Kasilyas İspaniyanın idman jurnalisti Sara Karbonero ilə görüşür. Bir il bundan əvvəl cütlüyün Martin adlı oğlu dünyaya gəlib.

Futbolçu sevgilisini o qədər sevir ki, hətta bir dəfə meydana yaxın yerdə oturmuş Saraya baxarkən topu qapıdan buraxıb.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm