• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Sosial şəbəkələrdə yeni xidmət növü - killer sifarişi

  • Maraqlı
  • 16 İyun 2014 11:27
  • 1 275 Baxış
Sosial şəbəkələrdə yeni xidmət növü - killer sifarişi

Ukrayna sosial şəbəkələrində yeni xidmət növü peyda olub. İndi istənilən adam “Facebook”, yaxud “Odnoklasnik” səhifələrində muzdlu qatil sifariş verə bilər. Başqa sözlə, düşmənçilik etdiyin adamı döydürmək, qorxutmaq üçün daha dağa-daş düşmək lazım gəlməyəcək. Sosial şəbəkəyə daxil olub sifarişini edəcəksən.

Ukraynada biznesin bu növü nisbətən yenidir. Bununla belə, killer sifarişi gəlirli sahəyə çevrilə bilib. Cinayətkarların xidmət təkliflərinə adətən pulsuz elan saytlarında rast gəlmək olur. Burada hər şey açıq-aşkar yazılmasa da, “xüsusi” xidmətlərə işarə vurulur. Məsələn, belə: “rəqiblərinizi qorxudarıq, həm də....”, “ sizə borclu olanla şəxslə danışarıq, həm də...”.

Üç nöqtə işarəsi maraq doğurur və insanlar cinayətkarlarla şəxsi yazışmaya keçirlər. Artıq bu zaman onlara konkret xidmətlər və tariflər haqda ətraflı məlumat verilir.

Xidmət növləri isə bunlardır:

  • sifariş verilən avtomobilə zərər yetirilməsi yaxud onun yandırılması - (1000-1500 dollar)
  • sifariş olunan şəxsə ağır bədən xəsarətlərinin yetirilməsi - (2500-3000 dollar)
  • sifariş edilən şəxsin “bədbəxt hadisə” nəticəsində dünyasının dəyişməsinə nail olmaq - (20-30 min dollar) və s.

Sonuncu sifariş o deməkdir ki, cinayətkarlar qurbanı öldürmək üçün əməlli-başlı ssenari qururlar. Son nəticədə “arzuolunmaz” şəxs elə öldürülməlidi rki, hüquq-mühafizə orqanlarında mərhumun bədbəxt hadisə nəticəsində dünyasını dəyişməsi şübhə oyatmasın. Avtomobili olan qurban adətən süni qəzaya salınır. Avtomobili olmayanlar isə “saxta araqdan zəhərlənir”, tikintidə “təsadüfən” başlarına kərpic “düşür”, çimərlikdə boğulur və sair. Ssenari şəraitdən asılı olaraq dəyişir. Əlbəttə ki, “bədbəxt hadisə” təşkil etmək vaxt aparır. Burada qiymətlər də sifariş olunanın statusuna görə dəyişə bilər. Adi vətəndaşı 25-30 minə aradan götürmək olursa, biznesmen yaxud vəzifəli məmura görə qiymət 50-100 minə qalxa bilər.

Araşdırmalar göstərir ki, belə xidmətdən istifadə edənlərin sayı kifayət qədərdir. Artıq bu elanları hüquq-mühafizə orqanları da diqqətlə izləyir. Bəzən sifarişləri şərti killer adı altında elə milis işçiləri qəbul edir. Ödəniş vaxtı yetişdikdə isə bu sifarişçi həbs olunur.

İlqar Atabəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR