Məşhur "vor zakon" Ded Xasana abidə ucaldıldı
Bizi izləyin

Bilgi.az

Məşhur "vor zakon" Ded Xasana abidə ucaldıldı

Məşhur "vor zakon" Ded Xasana abidə ucaldıldı

Rusiya kriminalitetinin sonuncu ”xaç atası” olan Aslan Usoyanın (Ded Xasan) qəbirüstü abidəsi qoyulub.

Qanuni oğruların çoxunun məzarüstü abidəsi var. Burada qeyri-adi heç nə yoxdur. Amma Usoyanın abidəsinin qoyulması ictimai qalmaqal doğurub. Məsələ ondadır ki, heykəlin müəllifi Rusiya İncəsənət Akademiyasının üzvü Artyom Qriqoryandır. Bu yaxınlaradək akademik korrupsiyaya bulaşmış məmurlara internetdə qarşı odlu-alovlu çıxışlar edir, video-roliklər yayırdı.

Heç kəs ağlına gətirməzdi ki, erməni əsilli akademik qanuni oğrunun heykəlinə müəlliflik edəcək. Tənqidlərin qarşılığında Qiqoryan etiraf edib ki, “Ded Xasan”ın qruplaşması işin müqabilində elə sərfəli təklif ediblər ki, o da “yox” deyə bilməyib. Odur ki, Rusiyada 30-dan çox heykəlin müəllifi olan akademik işə razılıq verib.

Xatırladaq ki, Aslan Usoyan 2013-cü ilin yanvarında snayper güllələsindən dünyasını dəyişib. Bu cinayət işi ilə bağlı hələlik heç kim tutulmayıb.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm