Ruhunu İblisə satdı - 3800 dollara
Bizi izləyin

Bilgi.az

Ruhunu İblisə satdı - 3800 dollara

24 yaşlı Yeni Zellandiya sakini Valter Skott sosial şəbəkələrdə qəribə elan yerləşdirib –“əgər İblis doğurdan da bu həyatda varsa ruhunu ona satmağa hazıram”.

Valter deyir ki, ruha toxunmaq ,yaxud görmək mümkün deyil. Ancaq satıb yaxşı qazanc əldə etmək realdır. Gənc hesab edir ki, onun satışa çıxardığı “mal” yaxşı vəziyyətdədir. Elandan sonra Valterin ruhu TradeMe saytında auksiona çıxarılıb. Qəribə olsa da Valterin ruhunu almaq üçün sayta 32 min nəfər müraciət edib.

Auksion günü Valterin ruhuna 456 dollar ilkin qiymət qoyulub. Lakin auksion davam etdikcə qiymət hər dəfə artıb.

Alıcılarla bərabər auksionu Yeni Zellandiyanın dindar kəsimi də izləyib. Onların kəskin etirazından sonra auksion yarımçıq dayandırılıb.

Bununla belə Valterin ruhu öz alıcısını tapıb. Valterin ruhunu 3800 dollara“Cəhənnəm pizzası” kafelərinin marketinq şöbəsinin müdiri Reyçel Ellison alıb.

Ellison sevincini gizlətməyib:” əgər Valter ruhunun İblisə aid olduğunu hesab edirsə əla. Onun ruhunun yeri elə bizim pizza kafelərimizdir. Artıq onunla imzaladığımız müqavilənin şəklini şirkətimizin veb saytında yerləşdirmişik. Həmçinin bir-iki günə bu müqavilənin çərçivəyə salınmış surəti “Cəhənnəm pizası”nın bütün kafelərində görünən yerdən asılacaq.”

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm