“O paltarı geyindiyim üçün utanmıram” - FOTOLAR
Bizi izləyin

Bilgi.az

“O paltarı geyindiyim üçün utanmıram” - FOTOLAR

“O paltarı geyindiyim üçün utanmıram” - FOTOLAR

Cazibədar aktrisa Jeymi Aleksandr “Thor: The Dark World” filminin qalasında geyindiyi qabaq və arxa hissəsi tüldən tikilmiş şəffaf libası haqqında ilk dəfə danışıb.

Aktrisa tül libası geyindiyinə görə, güclü təzyiqlərə məruz qalacağını heç düşünmədiyini bildirib.

30 yaşlı aktrisa verdiyi müsahibədə müzakirələrə səbəb olan libası geyindiyi üçün utanmadığını bildirib:

“Mən seksual görünməyə çalışan insan deyiləm, amma modanı izləməyi sevirəm. Mənə görə o qalada geyindiyim paltar çox cazibədar idi. Bədənimdə hər hansı bir estetik müdaxilə yoxdur. Ona görə də paltarın mənə yaraşdığını düşündüm. Geyindiyim üçün peşman deyiləm. Amma paltar mənim gözlədiyimdən daha çox diqqət çəkdi. Həyat qısadır və mən özümü ifadə etməyə çalışıram. Axı nə üçün mən digər insanların nə düşündüyünü dərd eləməliyəm? Bu zaman itkisindən başqa bir şey deyil”.

Xatırladaq ki, Jeymi Aleksandrın “Thor: The Dark World” filminin qalasına geyindiyi libas müzakirə mövzusuna çevrilmişdi. Alt paltarı geyinməyən aktrisa bütün bədənini nümayiş etdirən tüldən tikilmiş paltara görə tənqidlərə məruz qalmışdı.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm