Dünyanın ən böyük gəmisi: “Titanik”dən 5 dəfə böyük –FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın ən böyük gəmisi: “Titanik”dən 5 dəfə böyük –FOTOLAR

Dünyanın ən böyük layneri “Oazis” qabaritlərinə görə məşhur “Titanik”i 5 dəfə üstələyir. Uzunluğu 361, eni 63 metrdir. Gəmi 5400 sərnişin daşıma qabiliyyətinə malikdir. Bura 2500 nəfərlik gəmi heyətini də əlavə etsək, məsələ aydın olur.

Gəmidə 16 göyərtə var. Kayutların qiyməti isə komfortundan asılı olaraq dəyişir. Ən lüks kayutun sahəsi 141 kvadrat metrdir.

Gəmidə 4 böyük hovuz, hidromassaj, trenajor zalı, mini-qolf meydançası, hətta buz meydançası var. 37 bar və 20 restoran gecə-gündüz müştərilərin xidmətindədir. Həmçinin sərnişinlərin ixtiyarında çoxsaylı dükanlar, gözəllik salonları, kitabxana, tropik park və bir çox xidmətlər var.

“Oazis” gəmisi sahiblərinə 1.2 milyard dollara başa gəlib.

Publika.az bu gözəl laynerin fotolarını təqdim edir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm