Azərbaycanda su pəriləri - Video
Bizi izləyin

Bilgi.az

Azərbaycanda su pəriləri - Video

REN TV Azərbaycanda “su pərilərinin mövcudluğu barədə reportaj hazırlayıb

Yanvarın 23-də REN TV “Okeanın böyük sirləri” adlı proqram çıxıb. Proqramda alimlərin okeanda yüksək inkişafa malik sivilizasiyanın olduğu iddia olunur.

REN TV ekspedisiyası su pərilərinin və yeraltı məxluqların mövcudluğuna dair əsaslı sübutlara malik olduqlarına inanırlar. Su pərilərinin arxasınca, onlar Azərbaycana, Xəzər sahillərinə də gəliblər. Verilişin aparıcısının sözlərinə görə, “son vaxtlar məhz burda su pərilərinə rast gəlinib”. İranlıların “runanşah” adlandırdıqları bu məxluqlarla bağlı diyarşünas Oqtay Rzayev rus ekspedisiya qrupuna məlumatlar verib. Onun sözlərinə görə, Lənkəran və Astara rayonlarının sahilləri su pərilərinin daha sıx rast gəldiyi ərazilədir.

“Şahidlərin sözlərinə görə, su pəriləri miniatür ölçüyə malikdir və boyları 1,5 metri keçmir. Onun iri gözləri var və barmaqları arasında membran qatı var. Bu bölgədə balıqçılıqla məşğul olan şəxslər isə tez-tez həm qadın, həm də kişi cinsindən olan su pəriləri ilə rastlaşdıqlarını söyləyiblər. “Ötən il isə yerli əfsanələrlə tanış olmaya turist ailəsi sirli ixtiandrla üzləşib. 20-30 metr yaxınlaşdıqda isə tünd qəhvəyi rəngdə məxluqla üzləşiblər. Qorxduqlarından onun üzünü görə bilməyiblər”- deyə proqramda danışılır. Yerli sakinlərdən Hikmət Ələkbərov Xəzərin Lənkəran sahillərində uşaqlıqdan balıqçılıq edib. Onun dediyinə görə, ömründə su pərisi görməsə də, tanışları Neftçala rayonunda “su gözəlinin tora düşdüyünü ona danışıblar. “Onu tordan çıxardanda artıq ölmüşdü. Bədənin yuxarı ətrafları qadın quruluşunda olsa da, aşağı ətrafları balıq quyruğundan ibarət idi” –deyə o, eşitdiyi hadisəni nəql edir.

Digər sakinlərdən Böyükağa Bədəlov isə REN TV-nin çəkiliş qrupuna başqa əhvalat danışıb. Onun iddia edir ki, bir dəfə atası evə yarı qadın, yarı balıq quruluşlu bir məxluq gətirib. Bədəlov onun qara uzun saçlara malik və dırnaqlarının 60-70 sm ölçüdə olduğunu deyir. 3 gün ərzində evdə su doldurulmuş hövzədə yaşayan su pərisi bir dəfə də olsun balıq yeməyə razı olmayıbmış. Heç bir səs çıxarmaya su pərisi hövzədə olduğu müddətdə sudan bir an olsun üzə çıxmayıb. Böyükağa Bədəlovun sözlərinə görə 60-cı illərin sonlarında su pərilərinə sıx-sıx rast gəlmək mümkün idi. Günəşli havada onların su kənarındakı qayalarda günəşlənməyi sevdiklərini iddia edir. Sovet dönəmində gün ərzində 5-8 dəfə su pərilərini rast gəlməyin mümkün olduğunu vurğulayan Böyükağa Bədəlov Xəzər dənizinin səviyyəsinin son illərdə artması səbəbindən həmin qayaların da su altında olduğu deyir.

“Su pərisi” dinc məxluq hesab olunsa da kənd yerlərində ondan qorxurdular. Lakin əgər balıqçılar cırılmış tor aşkar edirdilərsə, bunun onlar tərəfindən edildiyini düşünürdülər. Yeri gəlmişkən, torların cırılmasında balıqçılar indi də şikayət edir. /Azvision.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm