Topla sənət əsəri yaradan qız - Video+Fotolar
Bizi izləyin

Bilgi.az

Topla sənət əsəri yaradan qız - Video+Fotolar

“Red” ləqəbiylə tanınan malayziyalı rəssam Hong Yi Kriştianu Ronaldu, Neymar və Lionel Messinin portretlərini futbol topu ilə çəkməklə, hər kəsi təəccübləndirib.

“Qafqazinfo” “Büro 247.az” saytına istinadən xəbər verir ki, Hong Yi əsərlərini çəkərkən, adətən, kofe fincanının izləri, çiçək ləçəkləri, kosmetika və ya adi corablardan yararlanır. Lakin bu dəfə onun köməyinə 8 boya qutusu, kətan lövhə və top çatıb. Əvvəlcə Hong Yi sarı boya ilə üzün konturlarını çəkib, daha sonra futbolçuların formalarını müəyyən etmək üçün qırmızı, yaşıl və göy rənglərdən istifadə edib, qara boya ilə isə üz cizgilərini və saçları rəngləyib. Rəssamın çəkdiyi videoçarxda portretlərin yaradılması prosesinin necə keçdiyi göstərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm