Obama bu gün “sadə amerikalı” olacaq
Bizi izləyin

Bilgi.az

Obama bu gün “sadə amerikalı” olacaq

ABŞ prezidenti bir günlüyə “sadə amerikalı” olacaq.

Dövlət başçısı bu gün Minneapolisə gedəcək və Rebekka adlı (soyadı açıqlanmır) qadınla görüşəcək. Qadın bir müddət əvvəl prezidentə məktub yazaraq, Barak Obamanı onların çətin həyat şəraiti ilə daha yaxından tanış olmaq üçün qonaq çağırıb.

Ağ Evdən bildirilib ki, bu, “həyatın bir günü” kimi xarakterizə edilən aksiyalar seriyasının ilk tədbiri olacaq. Layihənin məqsədi Obamanın əsl Amerikanı tanımasıdır. Amerika prezidentinin təkcə Rebekka yox, həm də yerli kiçik biznesin nümayəndələri və digər ailələrlə də görüşəcək. (musavat.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm