Yakudza: qılıncı tapançadan üstün tutan mafiya - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Yakudza: qılıncı tapançadan üstün tutan mafiya - FOTOLAR

Yakudza: qılıncı tapançadan üstün tutan mafiya - FOTOLAR

Dünyanın ən güclü mafiyalarından biri Yakudzadır. Yapon mafiyasının tarixi XVII əsrə gedib çıxır.

Mafiya üzvlərinə "qokudo" deyilir. Ədəbi janrlarda yakudzanı həmçinin "berekudan" adlandırırlar. Bu mafiyada patriarxal idarəetmə və ciddi nizam-intizam hökm sürür. Belə deyək, yakudzaların öz kodeksləri var. Qaydaları pozanları isə istisnasız olaraq cəza gözləyir. Hər hansı bir səhvi etmiş yakudza üzvü bossun qarşısında öz barmağını kəsir və onu yaylığa bükərək bossa uzadır. Boss barmağı götürürsə, deməli, o bağışlanır. Götürmürsə, daha pis. Demək, həmin yakudza ölümə məhkumdur.

Yaranma tarixi

Yapon mafiyasının banısi XVII əsrdə yaşamış Banzuin Tebey sayılır. O, samuray idi. Xidmət etdiyi sahibi öldükdən sonra azad samuray (ronin) statusu alan Tebey Edo şəhərində qumarxana açır. İşləri çox yaxşı getdiyindən tezliklə varlanır. Ətrafına silahlı adamlar yığır. Tezliklə Edo şəhərinin başçıları ona maraqlı təklif edirlər. Şəhərin yollarını, qala divarlarını təmir etmək üçün fəhlə qüvvəsi çatışmırdı. Tebeyə bu problemi həll etmək tapşırılır. O, çox maraqlı çıxış yolu tapır. Qumarxanada uduzub pulu verə bilməyən müştərilər Edo şəhərinin yollarını və qala divarlarını təmir edirlər.

İlk insident

Mafiya üzvləri arasında da qanlı konfliktlər olur. İlk belə insident XIX əsrdə qeydə alınıb. Dzerito adlı (1820-1893) mafiya bossu ərazi iddiasına görə rəqib klanı cəzalandırmaq fikrinə düşür. Onun 600 nəfərlik dəstəsi qılınclarla hücuma keçərək rəqib qruplaşmanın bütün üzvlərini doğrayır. Ümumiyyətlə, Dzerito – yakudzanın əfsanəsi sayılır. Onun fəlsəfi fikirləri yakudza üzvləri arasında indiyədək populyardır. Məhz o deyirdi ki, odlu silahda, yəni tapançada ruh yoxdur. Adi mexanizmdir. Amma qılınc tam başqadır: " Qılınc, sanki, mənim qollarımın davamıdır. Onunla düşmənə nifrətimi tam açıq ifadə edə bilirəm. Qılıncı düşmənimin bədəninə yeridib doğrayanda aldığım zövqü ifadə etməkdə çətinlik çəkirəm".

Dzerinonun nüfuzu böyük, dəstəsi isə çox güclü idi. Məhz bu səbəbdən, ölkədə kəndli üsyanları baş verəndə hətta Yaponiya imperatoru da onun xidmətlərindən isifadə edirdi. Rəhmsiz, qəddar Dzerinonun adı gələndə ən cəsarətli üsyançılar belə, silahı yerə qoymağa məcbur olurdular.

Tatuaj

Yakudzaları məhşur edən və fərqləndirən cəhətlərdən biri də tatuajlarıdır. Hər klanın özünəməxsus döyməsi var. Məsələn, Tokio qanqsterləri yalnız qollarında və kürəklərində döymə etdirirlər. Özü də döymələri tək kişilər yox, qadınlar da edir. Yapon mafiyasının ənənəvi görüş yeri hamam sayılır. Hamamda isə çılpaq yakudzaların bədənindəki rəngarəng tatuajlar açıq sezilir.

Biznesləri

Rəsmi rəqəmlərə görə, Yaponiyada hazırda 90 min yakudza üzvü var. Mafiyaya 2500 qruplaşma daxildir. Amma yakudza tərəfdarlarının ümumi sayının 110 min nəfərdən çox olduğu deyilir. Fəaliyyət sahələrinə insan alveri, silah alveri, narkoticarət, maliyyə fırıldaqları və qumar biznesi daxildir. Yakudzanın beynəlxalq aləmdə əsas düşmənləri isə Çin mafiyası – Triada sayılır.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm