Seksual qadınların sellülitləri - Fotolar
Bizi izləyin

Bilgi.az

Seksual qadınların sellülitləri - Fotolar

Sellülit - dəridə portağal qabığına bənzəyən qırışlar və çuxurlar şəklində əmələ gəlir. Ən çox omba və sağrı nahiyələrində rast gəlinsə də, bəzən ayaqlarda, sinədə, hətta qollarda da olur.

Sellülitin qarşısını almaq üçün müntəzəm idmanla məşğul olmaq lazımdır. Sellülitdən hətta məşhurlar da sığortalanmayıb.

Karolina Kurkova, Helli Berri və Stefani Seymur.. Fərqli nəsillərdən üç seksual və məşhur qadın. İlk baxışda da qüsursuz görünürlər, deyilmi? Amma gerçəkdə heç elə deyil. Xüsusilə də bikini geydikləri zaman qüsurları aşıq-aşkar görünür.

Yaz mövsümünün hökm sürdüyü bu günlərdə bütün müdaxilələrə rəğmən sellülitdən xilas ola bilməyən seksual qadınlara bir nəzər salmaq istərdik. Amma onlar bunu özlərinə çox da dərd etmirlər.

Otuz yaşlı Skarlet Yohansson ana olmağa hazırlaşır. Seks-simvol adına layiq görülmüş ulduz çimərlikdə bikində görüntülənib və onun sellülitləri görənlərin diqqətindən yayınmayıb.

Öz rəqs və şouları ilə tamaşaçıların gözünü oxşayan Cennifer Lopez də sellülitdən əziyyət çəkir. Hətta bir il öncə konsert zamanı çəkilmiş fotoda da, planetin seksual qadını hesab edilən Lopezin sellülitləri fotokameraların diqqətindən yayınmayıb. Lakin bununla belə 44 yaşlı Lopez hələ də gözəl bədən formasını qoruyub saxlaya bilib.

Bütün zamanların ən seksual modeli olan Keyt Moss da sellülitdən yan qaça bilməyib. Amma hələ də bir sıra moda agentlikləri 49 yaşlı Keyt ilə işləmək üçün can atır.

Qırx dörd yaşlı Stefani Seymur da çimərlikdə bikinidə yaxalanıb. Dörd uşaq anası olan Stefani də sellülitdən sığortalana bilməyib.

Amerikalı aktrisa Ketrin Heyql Hollivudun gənc aktisalarından biri hesab olunur. Ketrinin çimərlikdə çəkilmiş fotolarında da sellülit açıq-aydın görünüb.

İyirmi yaşlı Ledi Qaqa gənc yaşında sellülitə sahib olub. Peşəkar çəkilmiş fotolarda qüsurlar Fotoşopla düzəldilib.

Supermodel Anna Vyalitsanın da 28 yaşı var, lakin o da “portağal effektindən” əziyyət çəkir.

Çex əsilli model Petra Nemsova da sellülitlə mübarizə aparan məşhurlardan biridir.

Digər çexiyalı super model Karolina Kurkovanın sellülitləri geyindiyi qısa şortundan bəlli olub.

Qaradərili seksual müğənni Rihannanın bu fotosundakı sellülitindən yəqin xəbəri yoxdur. Hərçənd, günümüzün ən gözəl qadını hesab olunun Rihannanın da dərisi portağal qabığına bənzəyir.

Əlli yaşlı aktrisa Helli Berri bədən forması ilə bir sıra gənclərə nümunə ola bilər. O, qüsursuz görünsə də, milyonlarla insanla eyni problemi yaşayır.

Publika.az bir sıra tanınmış insanların sellülitdən əziyyət çəkdiyini əks etdirən fotoları təqdim edir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm