Restorana itlə buraxmadılar... maşınla girdi - Fotolar
Bizi izləyin

Bilgi.az

Restorana itlə buraxmadılar... maşınla girdi - Fotolar

Çin Xalq Respublikasının Xubey vilayətindəki kiçik şəhərlərdən biri olan Uxanda maraqlı hadisə baş verib.

Şəhərin ən iri və tanınmış restoranında belə bir qadağa var: bu restorana ev heyvanı ilə gələn müştəriləri içəri buraxmırlar. Xüsusən də itlərlə.

Amma bu qadağa çərşənbə günü restorana gələn yerli biznesmenlərdən birinin xoşuna gəlməyib. O, öz sevimli iti ilə içəri keçmək istəyəndə restoranın işçiləri qarşısını kəsib. Biznesmenin onları dilə tutmaq cəhdi nəticə verməyib. Bundan qəzəblənən müştəri bəyan edib ki, nəyin bahasına olur-olsun, restorana girəcək. Dediyinin də üstündə durub.

Biznesmen bahalı avtomobilinə əyləşərək irəli şütüyüb. Restoranın şüşə vitrinini sındıraraq maşınla içəri daxil olub.

Onu içəridən yalnız polisin köməyi ilə çıxarıblar.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm