Zorlanmaya qarşı şalvar icad olunub – Fotolar
Bizi izləyin

Bilgi.az

Zorlanmaya qarşı şalvar icad olunub – Fotolar

İki hindistanlı qızın ixtira etdiyi “zorlanma əleyhinə” şalvar polisə siqnal göndərməklə qurbanın yerini təyin etməyə imkan verir. Xatırladaq ki, son zamanlar Hindistanda qızların zorlanaraq qətlə yetirilməsi dünya mətbuatının gündəmindən düşmür.

İyirmi bir yaşlı Dikşa Patak və iyirmi üç yaşlı Ancali Srivastavanın ixtira etdiyi şalvara kiçik bir siqnal aparatı quraşdırılıb. Zorlanmaya məruz qalan qız düyməni basmaqla polisə xəbər göndərir. Yeni hazırlanmış şalvarların satışı gələn aydan baş tutacaq.

Qeyd edək ki, Hindistanda hər 22 dəqiqədən bir zorlanma hadisəsi baş verir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm