• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Kim Çen İn Hollivuda müharibə elan edir

  • Maraqlı
  • 27 İyun 2014 20:01
  • 2 257 Baxış
Kim Çen İn Hollivuda müharibə elan edir

Mövzusu Şimali Koreya lideri Kim Çen Ina sui-qəsd olan Hollivud istehsalı olan "Müsahib" filmi ölkələr arasında söz-söhbətə səbəb olub.


ANS PRESS-in məlumaıtna görə, "Sony Pictures Entertainment" şirkəti yeni çəkdiyi "Müsahib" filmi Şimali Koreyanın etirazına səbəb olub. Buna səbəb isə komediya janrında çəkilən filmin qəhrəmanlarından birinin Şimali Koreya lideri Kim Çen In olmasıdır.


Şimali Koreya Xarici İşlər Nazirliyi sözçüsünün "The Interview"-yə verdiyi açıqlamada filmin yayımlanması və qadaqan olunmaması halda ölkəsinin ABŞ-a qarşı "qərarlı və mərhəmətsiz" bir şəkildə cavab verəcəyini açıqlayıb.


Həmçinin ABŞ-dan filmin qadağan edilməsini istəyən Şimali Koreya tərəfi əgər film yayımlanarsa, bunu "döyüş səbəbi" olaraq qəbul edəcəklərini bildirib.


Oktyabrın 14-də nümayiş olunması planlaşdırılan filmin baş rollarında Set Roqen və Ceyms Franko çəkiliblər.


Sözügedən filmin süjetinə əsasən, uğurlu jurnalist və tanınmış tok-şounun aparıcısı diktatordan müsahibə üçün Pxenyana yola düşür. Bundan xəbər tutan mərkəzi kəşfiyyat idarəsi jurnalistə diktatoru öldürmək tapşırığı verir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR