Bilgi.az
Bakıda 1 000 manata çörək (FOTO)
Sosial şəbəkələrdə Bakıda 1 000 manata çörək olduğunu
əks etdirən foto şəkil yayılıb. ANS PRESS-in xəbərinə görə, şəkil
Bakının Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində çəkilmiş
çörək “budka”sına aiddir.
Köşkün üstündə, “1 000 manat çörək” – yazılıb. Həmçinin burda çörək
sözü kiril əlifbası ilə yazılıb. İstər çörəyin qiyməti, istərsə də
yazının kiril əlifbası ilə yazılması bu köşkün manatın
denominasiyasından əvvələ aid olduğunu göstərir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev
tərəfindən 7 fevral 2005-ci il tarixdə "Azərbaycan Respublikasında
pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının
dəyişdirilməsi (denominasiyası) haqqında" imzalanmış fərmana uyğun
olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları
dövriyyəyə buraxılıb.
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır