Bilgi.az
ABŞ-da rus mafiozu, ”Buxara” qruplaşmasının liderinə hökm oxundu – Fotolar
Manhetten məhkəməsində Amerika Birləşmiş Ştatlarındakı rus mafiyasının əsas liderlərindən birinə - Boris Lisyanskiyə hökm oxunub.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Lisyanski sifarişli qətl təşkil etməkdə təqsirli bilinib. Qətl baş tutmasa da, hakimlər onu təşkilatçı kimi təqsirli bilərək 20 il müddətinə azadlıqdan məhrum ediblər.
Baş tutmayan sui-qəsd
İşin tədqiqatını aparan Nyu-York prokurorluğunun açıqlamasına görə, 2010-cu ildə Lisyanski Nyu-Yorkun Kvins rayonunda restoranları olan iki biznesmeni öldürtmək üçün Xesus Ros adlı muzdlu qatil tutub.
Hadisə baş verən gün Boris Lisyanski həmin restorana gələrək banket zallarına baxıb. Restoran sahiblərinə deyib ki, tezliklə evlənəcək və toy üçün məqsədəuyğun yer axtarır. Həmin vaxt içəri Xesus Ros daxil olub. Borisin gizli işarəsi ilə tapançanı çıxararaq onu restoran sahiblərindən birinin başına dirəyib. Lakin son anda fikrini dəyişərək biznesmenin başına yox, ayağına atəş açıb. Bundan sonra Ros qaçaraq restoranı tərk edib. Küçədə qapısını açıq qoyduğu avtomobilinə əyləşib və hadisə yerini tərk edib.
Polis restorana gəldikdə Lisyanski hal şahidi kimi ifadə verib. Bildirib ki, təsadüf nəticəsində cinayətin şahidi olub. Güllə atanın üzünü isə unudub. Guya, hadisə vaxtı qorxduğundan cinayətkarın sifətinə baxmağa ehtiyat edib.
Lakin bir neçə gün sonra Xesus Ros ələ keçib və öz cinayət ortaqlarını ələ verib.
Kriminal ailə
Qeyd edək ki, bu, Lisyanski ailəsinin hüquq qarşısında cavab vermələri ilə bağlı ilk hadisə deyil. Vaxtilə Tacikistandan ABŞ-şa köçən Lisyanskilər milliyyətcə yəhudidirlər. Onlar Nyu-Yorkdakı “Buxara” qruplaşmasının aktiv üzvləridirlər. Borisin atası hələ ötən əsrin 80-ci illərində polislə atışmada öldürülüb. Bundan sonra Lisyanski qardaşları hüquq-mühafizə orqanlarına “müharibə elan ediblər”. Formal olaraq bu ailənin qanuni biznesi olub. Kvinsin rusdilli məhlələrində onların kiçik restoranı varmış. Amma rus icmasında hər kəs bilirdi ki, Lisyanskilər əsasən reketçilik və qarətlə məşğul olurlar. Borisdən əvvəl onun böyük qardaşı Rüstəm Lisyanski reketliyə görə həbs olunmuşdu. Rüstəm hazırda cəzasını çəkir.
İlqar Atabəyli
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var