Ermənistanın Gürcüstandakı səfiri narkobaron çıxdı
Bizi izləyin

Bilgi.az

Ermənistanın Gürcüstandakı səfiri narkobaron çıxdı

Ağır atletika üzrə olimpiya çempionu Yuri Vardanyanın Ermənistanın Gürcüstandakı səfiri postuna gətirilməsi ölkədə narazılıqla qarşılanıb.

Publika.az erməni mətbuatına istinadən xəbər verir ki, Vardanyan səfir getməmişdən əvvəl Ermənistanda idman və gənclər naziri postunu tutub. Onun səfir postuna təyin edilməsini tənqid edən təcrübəli diplomat Armen Navasardyan deyir ki, Gürcüstan Ermənistan üçün çox vacib ölkədir və ağırlıq qaldıranın ora səfir təyin olunması yanlışdır: “Gürcüstanla qardaş ölkəyik, amma orada çoxlu problemlər var: gürcü-azərbaycanlı, gürcü-rus, həmçinin Cavaxetiya problemi... İnanıram ki, Vardanyan yaxşı adamdı, amma bunun siyasətə dəxli yoxdur. Siyasətçi kimi o naşıdı. Və bu ağırlığı qaldırmağa Vardanyanın gücü çatmaz”.

Navasardyan bildirib ki, vəzifədən çıxarılanların səfir göndərilməsi acı nəticələr verəcək. Çünki artıq səfirliklər “təqaüdçülər klubu”na dönüb.

Xatırladaq ki, keçmiş olimpiya çempionu Vardanyanın adı keçən il qalmaqalda hallanmışdı. Yuri Vardanyanın oğlu İrandan Ermənistana külli miqdarda narkotik maddə keçirərkən həbs olunmuşdu. Narkotik qaçaqmalçılığının başında elə Yuri Vardanyanın durduğu ehtimal olunur.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm